BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
Böyük Britaniyanın neft nəhəngi bp, neft ticarətindəki zəif nəticələrə baxmayaraq, xam neft və qaz hasilatının artması sayəsində üçüncü rübdə gözləntilərdən yüksək mənfəət əldə edib.
Marja xəbər verir ki, London birjasında siyahıya alınmış şirkət iyul–sentyabr dövrü üçün 2,21 milyard dollar xalis mənfəət açıqlayıb. Bu, analitiklərin 2,03 milyard dollarlıq proqnozunu üstələyib.
Keçən ilin eyni dövründə bp-nin xalis mənfəəti 2,3 milyard dollar, 2025-ci ilin ikinci rübündə isə 2,35 milyard dollar təşkil etmişdi.
BP-nin ilin üçüncü rübündəki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5%, bu ilin ikinci rübü ilə müqayisədə isə 6% azalıb.
Neft emalı üzrə xərclərinin azalması, yüksək emal marjları və istehsal həcmlərinin artması şirkətin mənfəətinə müsbət təsir göstərib. Lakin zəif neft ticarəti, ekoloji uyğunluq xərclərinin mövsümi təsiri və digər artan məsrəflər bu mənfəəti balanslaşdırıb.
bp-nin baş icraçı direktoru Murray Auchincloss açıqlamasında bildirib:
“Biz növbəti bir uğurlu rüb başa vurduq — əməliyyatlarımız sabit şəkildə davam edir. Planlarımızın icrasını sürətləndirmək, portfelimizin sadələşdirilməsi və xərclərin optimallaşdırılması istiqamətində daha da irəliləməyə çalışırıq.”
Şirkətin xalis borcu üçüncü rübdə 26,05 milyard dollar olub — bu, əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib, lakin ötən ilin eyni dövründəki 24,27 milyard dollardan yüksəkdir.
bp-nin səhmləri çərşənbə axşamı səhər saatlarında 0,5% bahalaşıb.
Bu nəticələr bp-nin 8 ay əvvəl elan etdiyi strateji yenilənmənin davamı olaraq qiymətləndirilir.
Şirkət, bərpa olunan enerji layihələrinə xərcləri azaltmaq və ənənəvi neft-qaz fəaliyyətinə prioritet verməklə investor etimadını bərpa etməyə çalışır.
İl ərzində bp-nin səhmləri 13%-dən çox bahalaşıb, bu da həm rəhbərlikdə dəyişikliklər, həm xərclərin azaldılması proqramı, həm də yeni neft yataqlarının kəşfi ilə əlaqələndirilir.
bp bu həftə ABŞ-da Permian və Eagle Ford bölgələrindəki boru kəməri aktivlərində azlıq paylarını 1,5 milyard dollara Sixth Street şirkətinə satdığını da açıqlayıb. Şirkət 2027-ci ilin sonuna qədər 20 milyard dollarlıq aktiv satışını hədəfləyir.
Qeyd edək ki, ötən həftə bp-nin rəqibi Shell də gözləntiləri üstələyən üçüncü rüb mənfəəti açıqlamış, bunu güclü əməliyyat göstəriciləri və yüksək ticarət gəlirləri ilə əsaslandırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















