Çində istehlak qiymətləri oktyabrda artıma qayıdıb, istehsalçı qiymətlərindəki azalma isə üç ildir davam edir
Çində deflyasiya təzyiqləri oktyabr ayında azalıb – ölkədə istehlak qiymətləri ilin əksər hissəsində mənfi zonada qalmasına baxmayaraq, bayram dövründə artan tələbat sayəsində yenidən müsbət artıma qayıdıb. Topdansatış (istehsalçı) qiymətlərindəki azalma da bir qədər yüngülləşib.
Marja xəbər verir ki, Çinin Dövlət Statistika Bürosunun bazar günü açıqladığı məlumata görə, istehlak qiymətləri indeksi (CPI, inflyasiya göstəricisi) oktyabr ayında illik 0,2% artıb. Analitiklər sıfır və ya dəyişməz nəticə gözləyirdilər. Bu göstərici yanvar ayından bəri ən yüksək səviyyə olub və iyun ayından sonra ilk dəfə müsbət artım qeydə alınıb.
Aylıq müqayisədə də CPI 0,2% artıb (Reuters sorğusuna görə gözlənti: 0%).
Ərzaq qiymətləri illik müqayisədə 2,9% azalıb, lakin sentyabra nisbətən 0,2% artım müşahidə olunub.
İstehsalçı qiymətləri (PPI) üzrə deflyasiya da zəifləyib – illik 2,1% azalma ilə (proqnoz: -2,2%) artıq üç ildir mənfi zonada qalır. Aylıq müqayisədə istehsalçı qiymətləri oktyabrda 0,1% artıb.
Dövlət Statistika Bürosunun şəhər bölməsinin baş statistikçisi Donq Lijuan bildirib ki, “Oktyabr ayında daxili tələbin artırılmasına yönəlmiş siyasətlərin təsiri davam edib, həmçinin Milli Gün və Payız Ortası Festivalı dövrü də bu artımı dəstəkləyib”
Açıqlanan rəqəmlər hökumətin tələbi canlandırmaq və qiymət rəqabətini məhdudlaşdırmaq səylərinin nəticə verməyə başladığını göstərir.
Rəsmi sorğuya əsasən, oktyabr ayında istehsal fəaliyyəti son altı ayın ən aşağı səviyyəsinə enib. İstehsal, yeni sifarişlər, xammal ehtiyatı və məşğulluq alt indekslərinin hamısı azalma göstərib.
Çin istehsalçıları bu il həm ABŞ ilə ticarət gərginlikləri, həm də daxildə zəif istehlakçı etimadı səbəbilə qeyri-müəyyən tələblə üzləşiblər. Ölkə eyni zamanda davam edən daşınmaz əmlak böhranı və ixracatdakı zəifləmə ilə mübarizə aparır.
Oktyabrda Çinin ixracı gözlənilmədən azalıb, ABŞ-a göndərilən mallar isə ardıcıl yeddinci ay iki rəqəmli azalma göstərib – 25% eniş qeydə alınıb.
İrəliyə baxdıqda, ixrac üçün təzyiqlərin azalması mümkündür. ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin oktyabrın 30-da Cənubi Koreyada görüşərək ticarət atəşkəsi barədə razılığa gəliblər, bu da mümkün “tam miqyaslı ticarət müharibəsi” narahatlıqlarını aradan qaldırıb.
Ötən ay Çin rəhbərliyi növbəti beşillik iqtisadi plan çərçivəsində daxili istehlakın artırılacağını vəd edib. Rəsmi bəyanatda qeyd olunub ki, Çin “istehlakı gücləndirməli, onu səmərəli investisiyalarla tarazlaşdırmalı” və “daxili tələbin genişləndirilməsinə strateji istiqamət kimi” baxmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























