Lüks avtomobil qiymətinə iPhone 17 Pro Max: Cəmi 3 ədəd istehsal olunacaq
Lüks dizaynları ilə tanınan Caviar, iPhone 17 seriyası üçün hazırladığı “Palmette 18K” adlı xüsusi kolleksiyasını təqdim edib.
Marja xəbər verir ki, Apple və Samsung-un flaqman modellərinə etdiyi nümayişkaranə dizayn əlavələri ilə məşhur olan şirkət bu dəfə planı daha da yüksəldib.
Yeni kolleksiyada istifadə olunan 18 karat qızıl örtüklü gövdə, Birləşmiş Ərəb Əmirliklərindən ilhamlanan xüsusi palma naxışları və əl işi ilə yerləşdirilmiş brilyant detallar cihazı demək olar ki, bir zinət əşyasına çevirir.
Yalnız ən varlılar üçün: Cəmi 3 ədəd istehsal ediləcək
Caviar, Palmette 18K seriyasından sadəcə 3 ədəd istehsal olunacağını açıqlayıb. Hər cihazın üzərinə hansı nömrəli istehsal olduğu ayrıca qeyd ediləcək. Şirkət bununla sahiblərinə “unikallıq” hissini ən yüksək səviyyədə yaşatmağı hədəfləyir.
Qiyməti "nəfəs kəsir"
Caviar-ın rəsmi veb-saytında göstərilən məlumata görə:
iPhone 17 Pro Palmette 18K başlanğıc qiyməti: 72 500 ABŞ dolları
Seriyanın ən bahalı modeli iPhone 17 Pro Max (2 TB): 88 210 ABŞ dolları
Bu günkü məzənnə ilə ən bahalı modelin qiyməti təxminən 150 min manata bərabərdir. Bu məbləğ bir çox ölkədə “lüks avtomobil” seqmentindəki nəqliyyat vasitələri ilə müqayisə edilir.
Caviar sərhədləri aşır
Şirkət daha əvvəl də avtomobil qiymətinə satılan xüsusi dizaynlı kolleksiyaları ilə gündəmdə olmuşdu. Lakin Palmette 18K seriyası ilə lüks smartfon anlayışını demək olar ki, “sənət əsəri” səviyyəsinə yüksəltdiyi deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















