Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Ukraynanın Qara dənizdə yerləşən Rusiyanın Novorossiysk Limanına həyata keçirdiyi dron hücumundan sonra neft qiymətləri təxminən 3% yüksəlib.Ukrayna qüvvələri Rusiyanın Qara dənizdəki Novorossiysk Limanına dron hücumu həyata keçirib.
Marja xəbər verir ki, neft qiymətləri - Ukraynanın hücumları və ABŞ-ın daha sərt sanksiyaları nəticəsində Rusiyadan gələn neft axınlarına dair risklərin artması fonunda bahalaşıb.
Brent nefti cümə günü səhər saatlarında 3% artaraq bir barelinin qiyməti 65 dollara yaxınlaşıb. Ardınca, bu kəskin artımdan sonra Brent nefti 64,42 (+2,2%) dollara qədər geriləyib, ABŞ xam nefti isə 60 dollar səviyyəsində olub.
Rusiya nefti ilə yanaşı, Qazaxıstanın da ixracı üçün Qara dənizin mühüm limanı olan Novorossiyskə edilən dron hücumunda bir neft anbarı və bir gəmi zədələnib.
Beynəlxalq Enerji Agentliyi (IEA) cümə axşamı etdiyi açıqlamada bu hadisələrin Rusiyanın istehsal perspektivi üçün əhəmiyyətli risk yaratdığı barədə xəbərdarlıq edib.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri bazar payını geri qaytarmaq məqsədilə ehtiyat gücü yenidən işə saldığı bir vaxtda, təşkilata daxil olmayan ölkələr də istehsalı artırıb.
Brent nefti artan təklif profisiti gözləntiləri səbəbindən bu il təxminən 15% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























