Çin dövlətindən "boz bazar"a zərbə
Çin “sıfır” avtomobillərin istifadə olunmuş kimi göstərilərək ixracına qarşı tədbirləri sərtləşdirir. Gələn ilin əvvəlindən qeydiyyata alındıqdan sonra 180 gündən az müddətdə ixrac üçün müraciət edilən avtomobillər üzrə təyinat ölkəsində satışdan sonrakı texniki xidmətlər üçün lazım olan məlumatları təqdim etmək tələb olunacaq. Hazırda yeni avtomobillər konveyerdən çıxan kimi dərhal qeydiyyatdan keçirilir və sonra onlar "işlənmiş" avtomobillər kimi "boz bazar" vasitəsilə xaricə göndərilir.Çinin Ticarət Nazirliyi Çin markalarının xarici ölkələrdəki rəsmi tərəfdaşlarının xeyrinə ola biləcək qərar qəbul edib.
Marja.az Azərbaycana Çindən minik avtomobillərinin qeyri-rəsmi idxalı ilə məşğul olan şirkətə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin 11.11.2025 tarixli qərarına əsasən, 01.01.2026-dan etibarən Çindən qeyri-rəsmi yollar ilə tam yeni (0 km) avtomobil almaq çətinləşəcək.
Belə ki, Çin istehsalı olan avtomobillər yalnız qeydiyyatdan ən azı 6 ay (180 gün) sonra “ikinci əl” statusu ilə ixrac oluna biləcək.
Bu dəyişiklik 2026-dan sonra Çin maşını almaq planlarına birbaşa təsir edəcək.
İndiyədək qeyri-rəsmi idxalçılar Çində avtomobil alaraq və Çin vətəndaşlarının adlarına rəsmiləşdirərək “ikinci əl” statusu ilə ixracını təşkil edirdilər. Bu avtomobillər “ikinci əl” statusunda olsalar da təxminən "0 km" və ya 30 km-dən sürülmüş avtomobillər olurlar. Adətən Çindən avtomobillər 3 ayadək müddətə Azərbaycana çatdırılır. Gələn ilin əvvəlindən Çində alınan avtomobil 6 ay dayanacaqda saxlanıldıqdan sonra "ikinci əl" statusunda ixrac oluna bilər. Avtomobilin Azərbaycana çatdırılması üçün tələb olunan 3 ayadək müddəti də nəzərə alsaq, Çində yeni çıxan bir avtomobil "boz diler"lər vasitəsilə 9 aya Azərbaycana gətirilə bilər.
Bu qərar Çin markalarının rəsmi tərəfdaşlarına şamil olunmur. Azərbaycandakı rəsmi distribyutor və dilerlər Çin markalarının yeni modellərini hazırkı qaydada Azərbaycana idxalını həyata keçirəcəklər.
Çinin xəbər saytında dərc olunmuş xəbərlərdən birində deyilir:
Çin “sıfır” avtomobillərin istifadə olunmuş kimi göstərilərək ixracına qarşı tədbirləri sərtləşdirir. Tənqidçilər bildirir ki, adətən daha ucuz qiymətə satılan, lakin satışdan sonrakı xidmət zəmanəti olmayan bu avtomobillərin ixracı bazarı təhrif edir.
Çin istifadə olunmuş avtomobil ixracına nəzarəti gücləndirərək, yeni olsa da ikinci əl kimi bəyan edilən nəqliyyat vasitələrinə qarşı tədbirlər görüb. Bu addım bazarda ədalətli və nizamlı fəaliyyətin təmin edilməsinə yönələn son təşəbbüsdür.
Gələn ildən etibarən ixracatçılar qeydiyyata alındığı tarixdən 180 gün keçməmiş avtomobillər üçün təyinat ölkəsində satışdan sonrakı xidmətin mövcud olduğunu sübut etməli olacaqlar. Bu xidmətin mövcudluğu avtomobil istehsalçısı tərəfindən təsdiqlənməlidir. Məlumat Cümə günü Ticarət Nazirliyi tərəfindən dərc olunan bildirişdə yer alıb. Əgər təyinat ölkəsində satışdan sonrakı xidmətin mövcud olmasa avtomobilin 180 gündən tez ixracına icazə verilməyəcək.
Bildirişdə həmçinin yerli ticarət idarələrinin ixrac lisenziyalarının verilməsi və ixracatçıların tələblərə əməl etməsinə nəzarəti gücləndirəcəyi qeyd olunub.
Yeni qaydalar avtomobil sektorunda rəqabəti tənzimləməyi və istifadə olunmuş avtomobil ixracının sağlam inkişafını təşviq etməyi hədəfləyir.
Sərtləşdirilən tələblər, “sıfır” ikinci əl avtomobillərə – yəni yeni olduğu halda işlənmiş kimi təqdim edilən nəqliyyat vasitələrinə – şamil olunur.
Avtomobil istehsalçıları hazırkı praktikanı (avtomobil yeni olsa da ikinci əl kimi bəyan edilərək ixrac olunmasını) bazarı təhrif etdiyi üçün tənqid edirlər.
Bu təcrübə 2019-cu ildə Çinin istifadə olunmuş avtomobil ixracına icazə verməsindən sonra yaranıb və ölkənin genişlənən elektrik avtomobili istehsalı sektoru ilə yanaşı böyüyüb. Adı açıqlanmayan, ölkənin şərqində yerləşən Ninbo şəhərindən olan bir avtomobil ixracatçısı bildirib ki, “sıfır” avtomobillər Orta Asiya, Rusiya, Yaxın Şərq və Afrika kimi xarici bazarlarda populyarlıq qazanıb.
O vurğulayıb ki, “sıfır” ikinci əl avtomobillər adətən daha ucuz satılır, lakin satışdan sonra xidmət zəmanəti olmur:
“Hazırda Çin avtomobil istehsalçıları xaricdə yerli dilerlərlə distribüsiya şəbəkələri qurmağa çalışırlar. Ona görə də istehsalçılar "sıfır" ikinci əl avtomobillərin ixracına qarşı çıxırlar”, – deyən ixracatçı əlavə edib ki, yeni qaydalar istehsalçıların son vaxtlar səsləndirdiyi çağırışlarla üst-üstə düşür.
Çinli avtomobil istehsalçısı Changan Automobile-in sədri Zhu Huarong iyunun əvvəlində keçirilən sənaye forumunda “0 km” ikinci əl avtomobillərin ixracını tənqid edib. O deyib ki, bu praktika “Çin brendlərinin xaricdəki imicinə ciddi ziyan vurur” və xarici bazarlarda qiymət xaosu yaradıb.
Reuters-in iyun ayına aid məlumatına görə, 2024-cü ildə Çinin ixrac etdiyi 436 min istifadə olunmuş minik və kommersiya avtomobilinin təxminən 90 faizi “0 km” avtomobillər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 18 saat sonra
-
-
1 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
2 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
3 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
4 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib


























