"ABB-nin dividend gəlirliliyi 16%-ə çata bilər"
"ABB (Azərbaycan Beynəlxalq Bankının) 2025-ci ilin 3-cü rübünün audit olunmamış maliyyə nəticələri artıq məlumdur. Bank 2024-cü ilin güclü maliyyə nəticələrini təkrarlamaq və hətta üstələmək istiqamətində irəliləyir. Əsas müşahidə ondan ibarətdir ki, kredit portfeli gözləniləndən daha yüksək templə artır. 2025-ci ilin 3-cü rübünün sonuna kredit portfeli 6.8 mlrd. AZN təşkil edir, bu da 451 mln. AZN (+7.1%) illik artım deməkdir. Artım, əsasən, istehlak kreditləri hesabına baş verib, portfel 11.1% artaraq 2 mlrd. AZN-ə çatıb, biznes kreditləri isə daha mülayim templə, 5.4% artaraq 3.3 mlrd. AZN olub. Ümumi artım tempi 2024-cü ilin 25%-lik sürətindən zəifləyib ki, bu da ötən ilin sürətli genişlənməsindən sonra bazarın normallaşmasını əks etdirir".
Marja xəbər verir ki, bunu “Moonwake Investment” şirkətinin Baş investisiya inzibatçısı, İnvestor Club-un təsisçisi Mansur Məmmədov bildirib.
Kredit riski və ehtiyatlar
Mansur Məmmədov qeyd edib ki, gözlənilən kredit itkiləri üzrə yaradılmış ehtiyatlar 84 mln. AZN təşkil edib və ötən ilin eyni dövrü ilə təxmini eyni səviyyədə qalıb. Lakin, bu il kredit portfeli daha yavaş templə artdığından nisbi risk dəyəri yüksəlib. Bu isə iqtisadi aktivliyin bir qədər zəifləməsinə və ya bankın daha konservativ ehtiyat siyasətinə işarə edə bilər.
Maliyyələşmə və balans strukturu
İnvestisiya üzrə ekspert hesab edir ki, ABB-nin möhkəm balansı ona artımı məhdudlaşdırmadan öhdəliklərini azaltmağa imkan verir. Bu il depozit portfelinin 12.6% azalaraq 8.6 mlrd. AZN-ə enməsi də bunu sübut edir. Daha kiçik depozit bazasının təsiri hələ tam əks olunmasa da, maliyyələşmə xərclərinin azalması nəticəsində marjanın (NIM) və mənfəətin 2025-ci ilin 4-cü rübü və 2026-cı ildə yaxşılaşacağı gözlənilir.
Kapital və mənfəətlilik
Mansur Məmmədovun sözlərinə görə, Bankın ümumi kapital adekvatlıq əmsalı 20% təşkil edir ki, bu da Mərkəzi Bankın tələb etdiyi 12% minimum səviyyədən xeyli yüksəkdir və gələcək artım üçün kifayət qədər bufer yaradır:
"Cari tendensiyalara əsasən, ABB ötən ilin xalis mənfəətini təkrarlamaq potensialına malikdir. Əgər dividend siyasəti dəyişməz qalarsa, hazırkı 0.27 AZN/səhmdə qiymətinə əsasən dividend gəlirliliyi təxminən 16% olacaq".
Qiymətləndirmə
İnvestor Club-un təsisçisi əlavə eib ki, Mansur MəmmədovABB regiondakı analoji banklar – TBC Bank və Bank of Georgia ilə müqayisədə daha yüksək dividend gəlirliliyinə və oxşar mənfəət göstəricilərinə malikdir. Buna baxmayaraq ABB-nin səhmləri daha aşağı qiymətlə alınıb-satılır, səhmlərin real dəyəri daha yuxarıdır.
P/B 2025E: 0.53× (orta göstərici: 1.4×)
P/E 2025E: 3× (orta göstərici: 10×)
Bu fərq ABB-nin Bank-ın cəlbedici risk-gəlir nisbətinə və yerli kapital bazarlarında likvidlik artdıqca mümkün valyuta dəyərinin artması potensialına işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
2 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
2 saat əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
2 saat əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
2 saat əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Ən çox oxunanlar
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub






















