"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"
"Azərbaycan Mərkəzi Bankı bank sektoru ilə birlikdə 2030-cu ilə qədər “davamlı maliyyə öhdəliyi”ni təqdim edib. Bu öhdəlik nəticəsində Azərbaycan bank sektoru "yaşıl" layihələrin inkişafı üçün 2030-cu ilə qədər 2 milyard manat (1,2 milyard ABŞ dolları) səfərbər etməyə razılaşıb".
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "Central Bank" onlayn nəşrində dərc olunmuş məqaləsində qeyd edib
Mərkəzi Bankın sədri qeyd edib ki, 2025-ci ilin ilk yarısında artıq 330 milyon manat (öhdəliyin 17%-i) ayrılmışdır:"Bu, Azərbaycan banklarının yalnız iqtisadi məsuliyyətlərini yerinə yetirməklə kifayətlənməyib, həm də ətraf mühitin davamlılığı və sosial məsuliyyət öhdəliklərini qəbul etdiyini göstərir".
Taleh Kazımov məqaləsində gələcək strateji addımlara da toxunub. Qeyd edib ki, beynəlxalq tərəfdaşlıqla əməkdaşlığın genişləndirilməsi, "yaşıl" maliyyə məhsullarının, o cümlədən suveren yaşıl istiqrazlar və yaşıl sığortanın inkişafı, davamlılıq hesabatlılığı çərçivəsinin tətbiqi, ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) və iqlim risklərinin bank tənzimləmə çərçivəsinə inteqrasiyası gələcək strateji addımlara daxildir.
"Azərbaycan Mərkəzi Bankı dayanıqlı və davamlı maliyyə sisteminin inkişafında aparıcı rol oynamağa sadiqdir. Təşəbbüsləri, tərəfdaşlıqları və davamlılığa sadiqliyi ilə həm yaşıl transformasiyaya, həm də qlobal iqlim fəaliyyətlərinə dəstək verir. Bank iqlim dəyişikliyinin yaratdığı sistemik riskləri azaltmaq və yaşıl maliyyə innovasiyasını təşviq etmək öhdəliyini davam etdirir, iqtisadi rifah və ətraf mühit davamlılığının birgə mövcud olduğu gələcəyi formalaşdırır",- Taleh Kazımov qeyd edib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























