Apple şirkəti iPhone ilə 14 ildən sonra ilk dəfə Samsung-u keçir
Counterpoint Research-in Çərşənbə günü yayımladığı hesabata görə, Apple 2025-ci ildə 14 ildən sonra ilk dəfə Samsung-dan daha çox smartfon göndərişi etməyə hazırlaşır.
Marja hesabata istinadən xəbər verir ki, Apple bu il təxminən 243 milyon iPhone göndərişi həyata keçirəcək, Samsung-un göndərişləri isə təxminən 235 milyon olacaq. Bununla da Apple-ın qlobal smartfon bazarındakı payı 19,4%, Samsung-un payı isə 18,7% səviyyəsində qalacaq.
Göndərişlər istehsalçıların pərakəndə satış kanallarına göndərdiyi cihaz sayını ifadə edir və birbaşa satış demək deyil. Lakin bu göstərici istehsalçıların satış gözləntiləri və bazar tələbi barədə mühüm siqnal sayılır.
Counterpoint-ə görə, Apple-ın uğurunun əsas səbəbi sentyabr ayında satışa çıxarılan iPhone 17 seriyasıdır.
Tədqiqat şirkəti bildirir ki, ABŞ-da iPhone Air daxil olmaqla iPhone 17 seriyasının satışları, satışa çıxarıldıqdan sonrakı ilk dörd həftədə iPhone 16 seriyası ilə müqayisədə (iPhone 16e istisna olmaqla) 12% daha yüksək olub. Apple üçün mühüm əhəmiyyət daşıyan Çin bazarında isə eyni dövrdə iPhone 17 satışları əvvəlki modelə nisbətən 18% daha yüksək nəticə göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















