Qızılın qiyməti yüksəlir: Həftəlik bahalaşma 3%-i keçdi
Qızılın unsiyasının qiyməti 0,7% artaraq 4 min 186 dollara yüksəlib və 14 noyabrdan bəri ən yüksək səviyyəsini görüb.Qızılın qiyməti Cümə günü son iki həftənin ən yüksək səviyyəsinə qalxaraq həftəni güclü artımla bağlamağa hazırlaşır.
Marja.az xəbər verir ki, qızılın qiyməti Cümə günü iki həftənin ən yüksək səviyyəsinə yüksələrək həftəni güclü artımla başa vurmağa yaxınlaşır. İnvestorların dekabr ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərinə gedəcəyi ilə bağlı gözləntiləri artdığı bir vaxtda, FED rəsmilərinin ziddiyyətli açıqlamaları bazarda dalğalanmalara səbəb olur.
Qızılın unsiyasının qiyməti 0,7% artımla 4 min 186 dollara yüksələrək 14 noyabrdan bəri ən yüksək göstəricisinə çatıb. Həftəlik əsasda isə təxminən 3%-lik bahalaşma qeydə alınıb. ABŞ qızıl fyuçersləri isə 0,3% artaraq 4 min 215,80 dollara yüksəlib.
Bazarda faiz endirimi gözləntiləri güclənərkən, ABŞ faiz fyuçerslərinə görə dekabr ayında faiz endirimi ehtimalı əvvəlki günün 85%-indən 87%-ə yüksəlib.
Fed rəsmilərindən müxtəlif tonlarda açıqlamalar
ABŞ Mərkəzi Bankının (FED) San-Fransisko idarəsinin sədri Meri Deyli və FED-in İdarə Heyətinin üzvü Kristofer Vallerin bu həftə verdikləri açıqlamalar faiz endirimi ehtimalını gücləndirərkən, bəzi regional Fed sədrləri isə inflyasiyanın 2% hədəfinə daha aydın yaxınlaşana qədər gözləməyin daha doğru olduğunu bildirirlər.
FED sədri Cerom Pauellin səlahiyyət müddətindən sonra onun yerinə keçə biləcəyi deyilən və Prezident Donald Trampa yaxın fiqur olan Kevin Hassettin də “faizlərin daha aşağı olması lazım olduğu” yönündəki açıqlamaları bazarlarda əlavə yumşalma gözləntilərini artırıb.
Faiz gəliri olmayan qızıl, aşağı faiz mühitində investorlar üçün daha cəlbedici olur.
Bazarlar zəif həcmlə işləyir, dollar dəyər itirir
ABŞ bazarlarının Cümə axşamı Şükran Günü səbəbilə bağlı qalması ticarət həcmlərini zəif saxlayıb. Bu dövrdə ABŞ dolları da son dörd ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru irəliləyir. Tramp administrasiyasının faiz endirimlərinə dair artan təzyiqi dollar üzərində əlavə zəiflədici təsir yaradıb.
Digər qiymətli metalların vəziyyəti necədir?
Gümüşün qiyməti 0,2% artaraq 53,53 dollara yüksəlib, platin isə 0,6% bahalaşaraq 1617,15 dollara çatıb. Hər iki metal həftəni 7,4%-lik artımla bağlamağa hazırlaşır. Palladium isə 0,2% ucuzlaşaraq 1.435,83 dollara düşsə də, həftəlik 4% bahalaşma nümayiş etdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























