Dollara təsir edə biləcək kritik qərar açıqlanacaq
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
Bu gün ABŞ Mərkəzi Bankı Fed-in növbəti toplantısı başa çatacaqdır.
"Marja" xəbər verir ki, Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. 22:30-da Fed sədri Janet Yelen mətbuat konfransı keçirəcəkdir.
Fed rəsmilərinin, Avqust ayında sürətlənmiş inflyasiyaya baxmayaraq faizləri artırmayacağı gözlənilir. Rəsmilər inflyasiyanın sürətləndiyinə dair daha çox sübut görmək üçün gözləməyi üstün tutacaqlar.
Fed-in Çərşənbə günü faizləri 1-1.25% aralğında saxlayacağı gözlənərkən, 4.5 trilyon dollarlıq balansını azaltmağa başlayacağını bəyan edəcəyi gözlənilir. Balansın azaldılması addımı, bazarlarda yaxından izləməklə bərabər, istiqraz bazarlarında narahatlığa səbəb olub.
KİÇİK VƏ ORTA BİZNES KREDİTLƏRİ
Ötən həftə açıqlanan inflyasiya göstəricisinə görə, istehlakçı qiymətləri Avqust ayında 1.7%-dən 1.9%-ə qalxıb. Bu, Federal Açıq Bazar Komitəsindəki "şahinlərə" (faiz artımağın tərəfdarı olanlara) bir az rahatlıq verib. Ancaq Fed rəsmilərinin, ölkədə beş ay ərzində aşağı qalan inflyasiya rəqəmləri nəzərə alındıqda, ani bir qərar verməyəcəkləri gözlənilir.
Fed, mərhələli faiz artırmaq planından geri çəkilməyə dair də heç bir işarə verməyib.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN!
İnflyasiya məsələsində qeyri-müəyyənliyə baxmayaraq, Fed, balansı azaltmaq planlarını qətiyyətlə davam etdirir. Fed, Çərşənbə günü balansı azaltmaq prosesinin başlanğıc tarixini böyük ehtimalla açıqlayacaqdır. Əksər iqtisadçı, bu prosesin Oktyabr ayında başlayacağını gözləyir. Balansın azaldılması, dövriyyədəki Dollar kütləsinin bir hissəsinin yığılacağı deməkdir.
Bu gün səhər Dollar Avro qarşısında ucuzlaşır. Saat 09:00-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1.2007 səviyyəsinə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
58 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)








.jpg)





