Tramp, "Netflix"in "Warner Bros"u satın alması ilə bağlı qərara daxil olacağını bildirib
ABŞ Prezidenti Donald Tramp, "Netflix"in "Warner Bros"u satın alma razılaşmasının “müəyyən bir prosesdən keçməli olduğunu” və qərara özünün də daxil olacağını söyləyib.
Marja xəbər verir ki, Tramp, "Kennedy Center"də iştirak etdiyi bir tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
"Netflix"in "Warner Bros"u satın almaq üçün razılığa gəlməsi ilə bağlı suala cavab olaraq Tramp deyib: “Bu, bir prosesdən keçməlidir və nə olacağını görəcəyik.”
Tramp, "Netflix"in “əla bir şirkət” olduğunu, “mükəmməl iş gördüyünü” qeyd edərək, "Netflix"in İcraçı Direktoru (CEO) Ted Sarandosa böyük hörmət bəslədiyini, lakin şirkətin bazar payının çox böyük olduğunu vurğulayıb.
“Böyük bazar payı — bu bir problem ola bilər”
“Netflix"in "Warner Bros"u almasına icazə verilməlidirmi?” sualını cavablandıran Tramp deyib: “Məsələ də budur. Onların çox böyük bazar payı var və "Warner Bros"u aldıqda bu pay daha da artacaq.”
Tramp, bu qərara özünün də daxil olacağını qeyd edərək əlavə edib: “Ancaq bu, böyük bir bazar payıdır, bu bir problem ola bilər.”
"Netflix" 5 dekabrda film və televiziya studiyaları ilə yanaşı "HBO Max" və HBO-nu da əhatə edəcək şəkildə "Warner Bros"u 72 milyard dollarlıq nizamnamə kapitalı və 82,7 milyard dollarlıq ümumi şirkət dəyəri ilə satın almaq üçün "Warner Bros. Discovery" ilə razılığa gəldiyini açıqlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















