"TuranBank" Asiya bankı ilə kredit sazişi imzalayıb
Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib.
Marja Banka istinadən xəbər verir ki, bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan etimadını nümayiş etdirir.
Qeyd edilib ki, AİB TSCFP TuranBank üçün ayırdığı yeni revolver kredit xətti idxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə resurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazar boşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatın gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.
Bu razılaşma TuranBank-ın nüfuzlu beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını gücləndirmək, yeni maliyyə mənbələri cəlb etmək və Azərbaycan iqtisadiyyatının əsas iqtisadi sektorlarını dəstəkləmək strategiyasını möhkəmləndirir. Bank öz fəaliyyəti ilə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməyə, innovativ bankçılıq həllərini inkişaf etdirməyə və ölkədə davamlı iqtisadi tərəqqini təşviq etməyə sadiqdir.
Asiya İnkişaf Bankı (AİB) haqqında
AİB iqtisadi artımı təşviq edən, yoxsulluğu azaltmaq və Asiya və Sakit Okean regionunda regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf institutudur. Bank aparıcı maliyyə institutları ilə tərəfdaşlıq edərək özəl sektorun inkişafını və maliyyə sektorunun sabitliyini dəstəkləyir.
TuranBank haqqında
1992-ci ildə təsis edilən TuranBank, geniş çeşiddə korporativ, pərakəndə və Kiçik və Orta Sahibkarlıq subyektləri üçün bank xidmətləri təqdim edən Azərbaycanın aparıcı maliyyə institutlarından biridir. Bank sahibkarlığın dəstəklənməsinə, real sektorun maliyyələşdirilməsinə və beynəlxalq inkişaf fondları ilə tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























