Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Qızılın qiyməti bazar ertəsi günü 1,1 faiz çox unsiya üzrə təxminən 4346 ABŞ dollarına yüksəlib və tarixi maksimum səviyyəyə yaxınlaşıb. Oktyabr ayınını 20-də qızılın unsiyasının qiyməti 4 min 381.44 dollar olmaqla tarixi ən yüksək səviyyəni (rekord) görüb.
İnvestorlar bu həftə ABŞ-da açıqlanacaq bir sıra əsas iqtisadi göstəriciləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinin gələcək trayektoriyası ilə bağlı əlavə ipucları əldə etmək üçün gözləyirlər. Diqqət əsasən çərşənbə axşamı açıqlanacaq məşğulluq hesabatına və cümə axşamı dərc ediləcək inflyasiya məlumatlarına yönələcək.
Ötən həftə FED ilin üçüncü 25 baza bəndlik faiz endirimini həyata keçirdi. Lakin qərar yekdilliklə qəbul edilmədi: üç FED rəsmisi qərara qarşı çıxdı və 2026-cı ildə mümkün əlavə yumşalmanın miqyası ilə bağlı fikirlər hələ də bölünmüş qalır. Faiz endiriminə qarşı səs verən iki FED rəsmisi cümə günü bildirib ki, inflyasiya hələ də həddən artıq yüksəkdir və faizlərin azaldılmasından əvvəl əlavə məlumatları gözləmək “daha ehtiyatlı” olardı.
Qızıl ilin əvvəlindən bu yana 65 faiz bahalaşıb və 1979-cu ildən bəri ən güclü illik artımını qeydə almağa doğru irəliləyir. Bu bahalaşma mərkəzi bankların güclü alışları, ETF-lərə yüksək həcmdə vəsait axını, təhlükəsiz liman tələbi, eləcə də investorların dövlət istiqrazları və valyutalardan uzaqlaşması ilə şərtlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























