İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə internet provayderlər arasında ölkədə internet xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılmasına həsr olunan geniştərkibli görüş keçirilib.
Görüşdə internetin sürətinə təsir edən amillər, beynəlxalq təcrübə, İKTA-nın həyata keçirdiyi araşdırmalar və “İnternet sürətinə təsir edən 10 kritik faktor” üzrə tövsiyələr müzakirə edilib. Bununla yanaşı, İSP-lərin (İnternet xidmət provayderi) növbəti illər üçün planlaşdırmalı olduqları modernizasiya tədbirləri diqqət mərkəzində olub.
İKTA nümayəndələri bildiriblər ki, son illərdə ölkədə fiber infrastrukturu genişlənib, hər bir evə fiber-optik xəttin çəkilişi təmin olunub. Ancaq internet xidmətinin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün bir sıra işlər də görülməlidir.
İnternet keyfiyyətinə təsir edən amillərin yalnız operator şəbəkəsindən ibarət olmadığı, həmçinin modem parkı, “Wi-Fi” sistemlərinin tənzimlənməsi, marşrutlama (routing), beynəlxalq çıxışlar, məzmun çatdırılma şəbəkələri (Content Delivery Network – CDN), evdaxili siqnal zəifləməsi və “mesh” texnologiyalarının tətbiqinin də real nəticəyə ciddi təsir etdiyi vurğulanıb.
Görüşdə İKTA rəsmiləri “İnternet sürətinə təsir edən 10 kritik faktor” adlı təqdimatla çıxış edib. İnternetin keyfiyyətini yüksəldə biləcək 10 əsas istiqamət izah edilib, operator və provayderlərin fəaliyyətlərində bu faktorları nəzərə almalarının zəruriliyi vurğulanıb.
Bunlara daxildir:
1. Fiber “backhaul” və magistral xətlərin modernizasiyası. Şəbəkənin “əsas skelet”inin (Backhaul) modernizasiyası aparılmadan uzunmüddətli dayanıqlılıq qazanmır. İnternet trafiki ilk növbədə ölkə daxilində yerləşən fiber xətlər üzərindən ötürülür. Bu xətlərdə ötürmə tutumu kifayət qədər olmadıqda sürət azalması müşahidə oluna bilər. İSP-lər fiber xətlərin ötürmə tutumlarının artırılması istiqamətində tədbirlər görməlidir.
2. Evdaxili “Wi-Fi” sistemlərinin optimallaşdırılması. Beton divarlı evlərdə “Wi-Fi” siqnalı 50-80% zəifləyə bilir. Modem düzgün yerləşdirilmədikdə və ya köhnə texnologiyadan istifadə edildikdə yüksəksürətli internet paketləri belə real nəticə vermir. Bu səbəbdən “Wi-Fi 6”, “Wi-Fi 6E” və “mesh” sistemlərinin tətbiqinin vacibliyi vurğulanıb. “Mesh” və “Wi-Fi” sistemlərinin tarif paketlərinə daxil edilməsi və düzgün tənzimləmə xidmətlərinin təklifi inkişaf etdirilməlidir.
3. Modemlərin düzgün tənzimlənməsi (2.4 və 5 GHz SSID eyniliyi). Tədqiqatlar göstərir ki, sürətlə bağlı şikayətlərin 60-70%-i modemlərin düzgün tənzimlənməməsindən qaynaqlanır. Xüsusilə 2.4 və 5 GHz tezlikləri üçün fərqli ad və şifrlərdən istifadə edildikdə istifadəçi avtomatik olaraq aşağısürətli 2.4 GHz şəbəkəsində qalır. Halbuki eyni şəbəkə adı və eyni şifr tətbiq edildikdə cihazlar avtomatik olaraq daha sürətli bağlantıya qoşula bilir. Eyni “SSID” və eyni şifr tətbiq etməklə bu problemi aradan qaldırmaq mümkündür.
4. Marşrutlanmanın (routing) səmərəliliyinin artırılması. Beynəlxalq trafikə çıxış və marşrutların optimallaşdırılması gecikməni xeyli aşağı sala bilər. Trafikin daha qısa və səmərəli marşrutlar üzrə yönləndirilməsi gecikməni azaldır və interneti daha stabil edir. Bu məqsədlə əsas “Backbone” və şəhərdaxili şəbəkələrin 100G və 400G texnologiyalarına keçirilməsi vacib hesab olunur.
5. Əlavə CDN-lərin yerləşdirilməsi, internet trafikində CDN payının artırılması. “YouTube”, “TikTok”, “Instagram”, “Meta” və digər platformalar kontentinin ölkə daxilində saxlanılması sürəti birbaşa yüksəldir. Məlumatlar uzaq ölkələrdən deyil, yerli serverlərdən ötürüldükdə videolar daha tez açılır və fasilələr azalır. Bu məqsədlə İSP-lər 3-5 illik trafik həcmi inkişafı proqnozunu işləməli, internet trafikində CDN payının 65-75%-ə qaldırılmasını təmin etməlidir.
6. Pik saatlarda yüklənmənin optimallaşdırılması. Saat 20:00 – 23:30 aralığında internetdən istifadə kəskin artır. Bu dövrdə şəbəkənin düzgün idarə edilməməsi sürətin azalmasına səbəb ola bilər. Buna görə də pik saatlarda yüklənmənin balanslaşdırılması xüsusi əhəmiyyət daşıyır. Pik saat sindromunun tam aradan qaldırılması məqsədilə axşam saatlarında internetin sabitliyini artıran texniki optimallaşmalar aparılmalıdır.
7. GPON və XGS – PON texnologiyalarının geniş tətbiqi. 10 Gbit/s texnologiyalara keçid. Mütəxəssislər XGS – PON kimi yeni nəsil fiber texnologiyalarına keçidi vacib sayırlar. 10 Gbit/s sürət imkanına malik yeni nəsil fiber texnologiyanın kommersiya istifadəsinə verilməsinə, yüksək sürət tarif paketlərinin kütləvi təklif edilməsinə başlanılmalıdır.
8. Şəbəkə monitorinqi və real vaxt rejimində analiz sistemlərinin tətbiqi. Tıxac nöqtələrinin, performans zəifliklərinin avtomatik aşkarlanması və operator panelində görünməsi çətinliklərin preventiv olaraq aşkarlanmasına və şikayət formalaşmadan aradan qaldırılmasına xidmət edir. Real vaxt rejimində şəbəkə monitorinq sistemlərinin tətbiqi ilə preventiv olaraq avtomatik zədə və performans zəifliklərinin aşkarlanması və şəbəkə yüklənməsinin proqnozlaşdırılması texnologiyalarının tətbiqi genişləndirilməlidir.
9. Standartlaşdırma və texniki tələblərin yenilənməsi. Modem standartı (“Wi-Fi 6” minimum tələbi), “SSID” qaydaları, CDN hostinq qaydaları və digər normativlərin tətbiqindən ibarətdir. İnternet sürətinin minimum həddinin müəyyənləşdirilməsinə, “Wi-Fi 4 və 5” nəsil modemlərin dövriyyədən çıxarılmasına, “Wi-Fi 6” modemlərin geniş tətbiqinə başlanılmalıdır.
10. İstifadəçilərin maarifləndirilməsi. Evdaxili şəbəkənin düzgün qurulması üzrə geniş ictimai təlimatlar hazırlanmalı, aktiv maarifləndirmə işləri aparılmalıdır.
Qeyd olunub ki, bu keçid ölkədə uzunmüddətli dayanıqlı və yüksəktutumlu internet xidmətini təmin edəcək. İKTA rəsmiləri əlavə ediblər ki, müzakirəyə dəvət olunan provayderlər ölkədə ən geniş əhatəyə malik operatorlar olduqlarına görə onların həyata keçirdikləri hər modernləşmə addımı bütün ölkə üzrə istifadəçi təcrübəsinə birbaşa təsir göstərir.
“İnternet servis provayderlərin şəbəkə modernləşməsi ehtiyacları və İKTA tərəfindən təqdim olunmuş tövsiyələr ölkədə internetin keyfiyyətinin yüksəldilməsi üçün vacib addımlardır. İnfrastruktur, modem standartları, “Wi-Fi” sistemləri və “routing” kimi məsələlər kompleks yanaşma tələb edir. Bu istiqamətdə görülən işlər növbəti illərdə real nəticələr verəcək”, – deyə qeyd edilib.
İKTA yaxın dövrdə bütün provayderlərlə də analoji görüşlər keçirməyi və ölkə üzrə internetin keyfiyyətinin yüksəldilməsi üçün vahid yanaşma tətbiq etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
15 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
21 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 24 d. əvvəl
-
1 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı



























