"Bakı Metropoliteni"nin zərəri kəskin artıb, yığılmış zərəri 3,1 milyard manatı keçib
Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat xalis zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Bakı Metropoliteni"nin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 62 milyon 741 min manat və ya 81,6% artıb.
Bu barədə Marja.az "Bakı Metropoliteni" QSC-nin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditor Hesabatına istinadən xəbər verir.
31 dekabr 2024-cü il tarixində "Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata çatıb (2023-cü ilin sonunda 2 milyard 969 milyon 924 min manat).
"Bakı Metropoliteni" QSC-nin gəlirləri 2023-cü ildə 83 milyon 483 min manat ikən, 2024-cü ildə 100 milyon 647 min manat təşkil edib (17 milyon 164 min manat və ya 20,6% artıb). Eyni zamanda QSC ötən il dövlətdən 50 milyon manat subsidiyalar alıb (2023-cü ildə 38 milyon 416 min manat)
2024-cü ildə "Bakı Metropoliteni" QSC-nin cəmi əməliyyat gəlirləri 155 milyon 655 min manat, cəmi əməliyyat xərcləri 294 milyon 173 min manat, əməliyyat zərəri 138 milyon 518 min manat olub. Maliyyə xərci və xarici valyuta mübadiləsindən xalis zərər cəmi zərərin 139 milyon 616 min manata yüksləlməsinə səbəb olub.
Ən böyük xərclər əsas vəsaitlərin dəyərsizləşməsi (148 milyon 12 min manat) və heyətlə bağlı xərclər (86 milyon 284 min manat) olub (2023-cü ildə müvafiq olaraq 79 milyon 302 min manat və ya 74 milyon 774 min manat).
"Bakı Metropoliteni" QSC 31 dekabr 2024-cü il tarixində 418 milyon 818 min manat cəmi aktivlərə malik olub. Dövlət şirkəti 31 dekabr 2023-cü il tarixində 414 milyon 570 min manat cəmi aktivlərə malik idi.
"Hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranan zərərləri kompensasiya etmək, habelə yeraltı nəqliyyat infrastrukturunun saxlanması, təkmilləşdirilməsi və genişləndirilməsi üçün zəruri olan kapital xərclərini qarşılamaq məqsədilə Şirkətə maliyyə dəstəyi göstərir. 2025, 2024 və 2023-сü illər üzrə əməliyyat zərərlərini qarşılamaq üçün Hökumətdən müvafiq olaraq 42 milyon 662 min manat, 50 milyon manat və 38 milyon 416 min manat məbləğlərində subsidiyalar alınmışdır. Rəhbərlik 2026-cı ildə Hökumət tərəfindən ən azı 40 milyon məbləğində subsidiyanın ayrılacağını gözləyir",- hesabatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
1 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
2 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
2 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində























