"Alphabet" şirkəti "Intersect Power"ı 4,75 milyard dollara satın alır
"Alphabet" şirkəti bərpa olunan enerji və məlumat mərkəzi infrastruktur həlləri təqdim edən "Intersect Power" şirkətini 4,75 milyard dollar nağd və mövcud borcları qarşılığında satın almağı qəbul edib.
Marja xəbər verir ki, sövdələşmə texnologiya nəhənginin süni intellekti dəstəkləmək üçün məlumat mərkəzi tutumunu əhəmiyyətli dərəcədə genişləndirmə səyləri çərçivəsində həyata keçirdiyi ən iri satınalmalardan biri olub.
Bazar ertəsi açıqlanan bu satınalma "Alphabet"in tərkibindəki Google üçün məlumat mərkəzlərinə daha geniş enerji istehsalı imkanlarına çıxış təmin etməyi hədəfləyir.
Bloomberg-in daha əvvəl bildirdiyi kimi, Google ötən il "Intersect" ilə məlumat mərkəzi kampuslarının yanında iri enerji stansiyalarının inşasına yönəlmiş tərəfdaşlığa girərək şirkətdə azlıq payı əldə etmişdi.
"Google" və "Alphabet"in baş icraçı direktoru Sundar Piçai mövzu ilə bağlı açıqlamasında bildirib: “Intersect" bizə gücümüzü genişləndirməyə, yeni məlumat mərkəzi yükləri ilə uyğun şəkildə yeni enerji istehsalı obyektləri qurarkən ABŞ-da innovasiya və liderliyi dəstəkləmək üçün enerji həllərini yenidən dizayn etməyə kömək edəcək.”
Açıqlamada qeyd olunub ki, satınalmanın 2026-cı ilin birinci yarısında tamamlanması gözlənilir.
“Texas enerjinin Disneylendıdir”
"Intersect" özəl investisiya şirkəti TPG tərəfindən dəstəklənən enerji istehsalçısıdır. "Intersect"in baş icraçı direktoru Sheldon Kimber Texası bol külək və günəş resurslarına görə “enerjinin Disneylendi” kimi xarakterizə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















