"Bakı, Sumqayıt və Xırdalanın su-kanalizasiya sistemləri üzrə iri miqyaslı proqram qəbul edəcəyik"
"Bütün bunlar üçün vəsait cəlb etməliyik""Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütövlükdə Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə iri miqyaslı proqram qəbul edəcəyik. Çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Xüsusilə güclü yağışlar olanda problemlərlə üzləşirik. Bu baxımdan kanalizasiya sistemlərinin idarə olunması və içməli su ilə təminat, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq".
Marja.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident əlavə edib ki, kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi nəzərdə tutulur.
"Bütün bunlarla yanaşı, əlbəttə ki, Bakının nəqliyyat problemləri də həll olunacaq. Hamımız yaxşı bilirik ki — bəlkə siz bunu məndən də yaxşı bilirsiniz — yol hərəkəti bu gün həqiqətən də ciddi problemdir.
Əvvəlki illərdə biz çox iş görmüşük: 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınıb. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Hamımız — bəlkə hamımız yox, amma Mirşahin və mən — buradan Bakı şəhərinə gedən yolun nə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi.
Buna baxmayaraq, görüləsi işlər hələ də çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqramı qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində 7 stansiya tikilib. Lakin bu kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik. Çünki bu, bizə böyük maliyyə qənaəti verəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik", İlham Əliyev deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















