ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
İddia olunur ki, ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almağı hədəflədiyini” bildirib.
Wall Street Journal (WSJ) qəzetinin adları açıqlanmayan rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə ilə bağlı verdiyi məlumatlandırma zamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya planları haqqında açıqlamalar verib.
Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir müavini Stiven Miller kimi yüksək vəzifəli şəxslərin “aqressiv açıqlamaları” səbəbindən Qrenlandiya ilə bağlı sualına Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” ifadə edib.
Rubio bildirib ki, rəsmilərin Qrenlandiya ilə bağlı açıqlamaları “yaxın zamanda baş verəcək bir işğalın siqnalını vermir”, əsas məqsəd adanın Danimarkadan satın alınmasıdır.
Lakin Ağ Ev daha əvvəl Tramp administrasiyasının Qrenlandiyaya sahib olmaq üçün “ABŞ ordusundan istifadə də daxil olmaqla” müxtəlif variantları qiymətləndirdiyini açıqlamışdı.
Tramp yanvarın 5-də milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyaya sahib olmaları gərəkdiyini və bunun xüsusilə Rusiya və Çinə qarşı təhlükəsizlik baxımından prioritet olduğunu bildirmişdi.
ABŞ Prezidenti Tramp seçildikdən və vəzifəyə başladıqdan sonra Qrenlandiyanın ölkəsinin nəzarətində olması gərəkdiyi ilə bağlı fikirlərini dəfələrlə təkrarlayaraq, adanın mülkiyyətinə və nəzarətinə sahib olmağın “mütləq ” olduğunu bəyan etmişdir.
Tramp Amerikanın Qrenlandiyaya sahib olmasının “azad dünyanı qorumaq” üçün lazım olduğunu irəli sürmüş, ABŞ Prezidentinin bu sözləri başda qrenlandiyalı rəsmilər olmaqla bir çox çevrənin reaksiyasına səbəb olmuşdu.
Qrenlandiyanın həmin dövrdəki baş naziri Mute Bourup Egede, “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmırıq və əsla satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik” ifadələrini işlətmişdi.
Danimarka Krallığı tərkibində olan Farer adaları ilə yanaşı iki muxtar bölgədən biri olan Qrenlandiya, bağlı olduğu Danimarkadan 2 min 900 kilometr uzaqlıqda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























