2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Konserv qutularının üzərində örtük kimi istifadə olunan qalaq 2025-ci ildə 40%, 2026-cı ilin ötən dövründə isə 60 % bahalaşıb.Qlobal təklifin azalacağına dair proqnozların metal bazarlarında yüksəliş tendensiyasını gücləndirməsi ilə alüminium 2022-ci ildən bəri ən yüksək səviyyəsinə yaxın qiymətlərlə ticarət olunur.
Marja xəbər verir ki, mis istisna olmaqla, digər metalların çoxu əvvəlki sessiyada yaşanan güclü bahalaşmadan sonra çərşənbə axşamı günü də Londonda bahalaşmaqda davam ediblər. Alüminiumun qiyməti bazar ertəsi günü 3200 dollar/ton rekord səviyyəsinə yaxınlaşıb, qalay üçüncü gün ardıcıl olaraq bahalaşmaqda davam edib və bu il indiyə qədər təxminən 20 faiz dəyər qazanıb (gündəlik həyatda gördüyümüz konserv qutuları kalayla örtülür).
Əsas metallər ötən ilin güclü performansından sonra 2026-cı ilə də güclü başlanğıc edib. Bu yüksəlişin əsas səbəbi FED-in faiz dərəcələrini endirməyə davam etməsi ilə təklifin tələbi qarşılamaqda çətinlik çəkəcəyi gözləntisi olub. Süni intellekt "partlayışı" da məlumat mərkəzləri, enerji şəbəkələri və elektronika üçün lazım olan metallara, xüsusilə misə olan marağı artırıbı, Çin bazarındakı spekulyativ alışlar da yüksəlişə töhfə verib.
Londra Metal Birjasında ilin əvvəlindən bəri ən yaxşı performans göstərən metal qalay olub və 2025-ci ildə 1 tonu 51 min dolları test edərək təxminən 40 faiz dəyər qazanıb.
Bakı vaxtı ilə 12:14-də, LME-də (London Metal Exchange - Loondon Metal Birjası) alüminium 0,1 faiz bahalaşma ilə tonu 3187 dollara yüksəlib, qalay isə 1,1 faiz bahalaşaraq 48 min 470 dollara çatıb. Dəmir filizi fyuçersləri isə bazar ertəsi 2024-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyədə bağlanışdan sonra tonu 109,10 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























