Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib

855 sakin təmiz su ilə təmin edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Coca-Cola İçecek” şirkəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərəfdaşlığı ilə Şabran rayonunun Sincanboyad kəndi təmiz su ilə təmin olunub.

“EcoHub” ekoloji platforması və Şabran Rayon İcra Hakimiyyətinin də dəstəyi ilə icra olunan layihə nəticəsində 855 sakin təmiz su ilə təmin edilib.

Belə ki, Sincanboyad Sincanboyad kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə Şabran rayonunun mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə uzunluğu 6 km olan kənddaxili şəbəkə sistemi inşa edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Beləliklə, günlük suya olan 165 m3 təlabatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin edilir.

“Coca-Cola” şirkəti özünün 2030-cu ilə qədər nəzərdə tutulan Su Təhlükəsizlik Strategiyasına uyğun olaraq istehsalatda istifadə edilən suyun 100 %-nin təbiətə qaytarılmasına, su ehtiyatlarının mühafizəsinə və bərpasına, yerli icmaların su təminatının yaxşılaşdırılmasına dəstək olur. Şirkət suyu yalnız məhsullarının əsas tərkibi kimi deyil, həm də insanların rifahı və təbiətin davamlılığıüçün əsas resurs kimi görür. Bu, sadəcə korporativ məsuliyyət yox – həyatın özünə töhfədir.

Qeyd edək ki, “Coca-Cola”nın dəstəyi ilə ötən ilin sentyabr ayında Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkiliş işləri tamamlanıb, 1300-dən çox sakin təmiz su ilə təmin edilib. Bundan əvvəl isə Abşeron ərazisində “Coca-Cola” Fondunun dəstəyi iləəkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırılıb. ADA Fondu iləəməkdaşlıq edərək təhsil ocağının ərazisində ağacların suvarılmasıüçün yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsi həyata keçirilir.

Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecekin tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın  yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan “Coca-Cola Azərbaycan” eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

Coca-Cola İçecek Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi EcoHub ekoloji platforması Şabran rayonu Sincanboyad kəndi mərkəzləşdirilmiş su təchizatı kənddaxili su şəbəkəsi su sayğacları su uçotu su qənaəti təmiz su təminatı su ehtiyatlarının mühafizəsi Su Təhlükəsizlik Strategiyası 2030 su strategiyası suyun təbiətə qaytarılması yerli icmaların su təminatı korporativ sosial məsuliyyət icma layihələri su təminatı layihəsi Şamaxı Mərzəndiyə kəndi Abşeron damcı-suvarma sistemi Coca-Cola Fondu ADA Fondu əməkdaşlığı “Suyu qoru təbiəti canlandır” layihəsi təkrar istifadə olunan su su israfının qarşısının alınması təbii resursların qorunması içki şirkəti Azərbaycanda Coca-Cola Azərbaycan yerli iqtisadi dəstək iş yerlərinin dəstəklənməsi tullantıların azaldılması qadın və gənclərin iqtisadi imkanları sosial məsuliyyət layihələri ekoloji layihələr Azərbaycanda su layihələri ictimai infrastruktur layihələri.
21.01.2026 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18