1 milyard dollarlıq toydan iflasa!
"B&N Bank"ın ötən günlərdə iflas etməmək üçün Rusiya Mərkəzi Bankından yardım istəməsi, bankı idarə edən Rus milyarder Mixail Qutseriyevin (Oligarch Mixail Gutseriev) 2016-ci ildə oğlu üçün etdiyi toyu ağıllara gətirib.
Ötən günlərdə iflas etməmək üçün Rusiya Mərkəzi Bankından yardım istəyən "B&N Bank"ı idarə edən və bankının ən böyük ortağı olan Rus milyarder Mixail Qutseriyevin oğlu Said Qutseriyevə ötən il etdirdiyi toya 1 milyard dollar xərclədiyi danışılırdı.
Qutseriyev, 2016-ci ildə Moskvada keçirilən möhtəşəm bir toyla həyatını 28 yaşlı Xədicə Uzhakovs (Khadija Uzhakhovs) ilə birləşdirmişdi.
"Marja" xəbər verir ki, "Dailymail"də o gün yayımlanmış xəbərə görə Uzhakhovsun geyindiyi gəlinlik paltarın qiymətinin yalnız bir milyon dollar olduğu iddia edilmişdi. Hətta üzərindəki qiymətli əşyalara görə, təxminən 11 kq gələn gəlinlik paltarının arxasını qaldırmaq bir neçə nəfərə tapşırılmışdı.
Dəvətlərin "Rolls Royces" kimi lüks avtomobillər ilə gətirildiyi toy Moskvanın ən dəbdəbəli restoranlarından olan "Safisa"da keçirilmiş, Cenifer Lopez də kiçik bir konsert vermişdi.
Dövlət başçılarının da iştirak etdiyi toyda qonaqlar üçün kəsilən tortun boyu bir neçə insanın boynu aşarkən, gəlinin tacı isə təxminən 5 milyon dollara hazırlanmışdı.
İNDİ BANKI ÜÇÜN YARDIM İSTƏYİB
Aktivlərinə görə Rusiyanın 12-ci böyük bankı olan "B&N Bank", ötən gün iflas etməmək üçün mərkəz bankından özünü xilas etməsini istəmiş və sonra Rusiya Mərkəzi Bankıda "Binbank"a (B&N Bank) təcili likvidlik dəstəyi verdiyini bildirmişdi. Rusiya Mərkəzi Bankı açıqlamasında təmin edilən likvidlik dəstəyinin miqdarı barədə də məlumat verilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























