Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
2025-ci ilin sonuna "Turanbank" ASC-nin cəmi aktivləri 907 milyon 176 min manata çatıb. Bu göstərici 2024-cü ilin sonundakı 849 milyon 827 min manatla müqayisədə 57 milyon 349 min manat və ya 6,7 faiz artım deməkdir.
Marja xəbər verir ki, aktivlərin artımı Bankın fəaliyyət miqyasını genişləndirdiyini və kredit əməliyyatlarının əsas rol oynadığını göstərir.
Kredit portfeli genişlənib, struktur dəyişib
2025-ci ilin sonunda Turanbankın kredit portfeli 706 milyon 53 min manat olub. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 54 milyon 222 min manat və ya 8,3 faiz artım deməkdir.
İstehlak kreditləri 217 milyon 142 min manata yüksələrək 60 milyon 837 min manat və ya 38,9 faiz artım nümayiş etdirib. Bu, Bankın pərakəndə kreditləşmədə aktivləşdiyini göstərir.
Biznes kreditləri isə 352 milyon 938 min manat təşkil edib ki, bu da 13 milyon 126 min manat və ya 3,6 faiz azalma deməkdir. Bu azalma Bankın korporativ seqmentdə daha selektiv siyasət yürütdüyünü göstərir.
İpoteka kreditləri 135 milyon 972 min manata çataraq 6 milyon 510 min manat və ya 5 faiz artım qeydə alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























