Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Apple oktyabr–dekabr dövründə gəlirini illik müqayisədə 16% artıraraq 143,8 milyard dollara çatdırıb. Güclü iPhone satışları hesabına şirkət gəlirlər üzrə rekord qırıb.Maliyyə təqvimində 27 dekabr tarixində başa çatan üç aylıq dövrü birinci rüb kimi qəbul edən Apple-ın maliyyə hesabatına görə, şirkətin gəliri 16% artaraq 143,8 milyard dollara yüksəlib. Beləliklə, Apple-ın gəliri rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, analitiklərin orta gözləntisi gəlirin 138,4 milyard dollar olacağı istiqamətində idi. Apple isə 10–12% aralığında artım proqnozlaşdırırdı.
Apple-ın baş icraçı direktoru Tim Cook açıqlamasında bildirib:
“iPhone, misli görünməmiş tələbat sayəsində bütün coğrafi seqmentlərdə bütün zamanların rekordunu qıraraq indiyə qədərki ən yaxşı rübünü keçirib.”
Bu göstəricilər Apple-ın gəlirinin təxminən yarısını təşkil edən ən yeni iPhone modelinin uğurunu əks etdirir. Xüsusilə cihazın yuxarı seqment versiyalarının populyar olması şirkətin satışlarını və mənfəətini daha da artırmağa kömək edib.
Həmçinin bu rəqəmlər, Apple-ın həmin rübdə 1,4 milyard dollarlıq mənfi təsir göstərəcəyi deyilən gömrük tarifələrinin öhdəsindən gələ bildiyinə işarə edir.
Açıqlamadan sonra Apple səhmləri 1% bahalaşıb.
iPhone satışından gəlir 85 milyard dolları keçib.
Maliyyə ilinin ilk rübündə səhmbaşına mənfəət 2,84 dollar olub. Proqnoz 2,68 dollar səviyyəsində idi.
Apple-ın Çindəki gəliri illik müqayisədə 38% artaraq 25,5 milyard dollara yüksəlib.
iPhone satışlarından əldə edilən gəlir isə ümumilikdə 85,3 milyard dollar olaraq açıqlanıb və 78,3 milyard dollarlıq proqnozu üstələyib. Satışlar nəticə etibarilə ötən ilə nisbətən 23% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























