Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
S-Seriyasının ümumi ehtiyat hissələrinin 50 faizindən çoxu tamamilə yenilənib.Dünyanın ən çox satılan lüks sedanlarından biri olan Mercedes-Benz S-Seriyası (New Mercedes-Benz S-Class) indiyə qədərki ən genişmiqyaslı yenilənmədən sonra təqdim edilib.
Marja.az-ın məlumatına görə, Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benzin təşkil etdiyi təqdimat tədbirində qeyd edilib ki, yenilənmiş S-Seriyası Karl Benzin 1886-cı ildə avtomobili ixtira etməsinin 140 illiyi münasibətilə mühəndislik ustalığı, sənətkarlıq və bənzərsiz “Welcome home.” hissi yaradan irsi daha da irəli aparır.
S-Seriyasının ən son dəyişikliyi bir nəsil çərçivəsində həyata keçirilmiş ən əhatəli yenilənməni əks etdirir və Mercedes-Benz tarixindəki ən iddialı məhsul təqdimatlarından birində aparıcı rol oynayır. S-Seriyasını təşkil edən təxminən 2700 komponentin (ümumi ehtiyat hissələrinin 50 faizindən çoxu) tamamilə yenilənib və ya başdan dizayn edilib. Bu da mühəndislik, rəqəmsal innovasiya və tərəqqi sahəsində iddianı bir daha nümayiş etdirir.
Güc aqreqatları: daha çox güc, daha çox çeviklik
Yeni S-Seriyası 8 və 6 silindrli benzin mühərriklərindən, 6 silindrli dizel variantlara və plug-in hibrid modellərə qədər geniş seçim təklif edir.
– S 580 4MATIC uzun sedan – yeni V8 mühərriklə 537 a.g. güc və 750 Nm fırlanma anı;
– S 450 4MATIC və S 500 4MATIC – altı silindrli benzin mühərrikləri ilə daha dinamik cavab;
– S 580 e plug-in hibrid – təxminən 100 km elektrik yürüş məsafəsi;
– S 350 d 4MATIC və S 450 d 4MATIC – yeni OM 656 Evo dizel mühərriki ilə daha səmərəli emissiya idarəetməsi.
Bütün mühərriklərdə 17 kW inteqrə start-generatoru (ISG) və 48 voltluq elektrik sistemi mövcuddur ki, bu da yanacaq qənaətini və komfortu artırır.
Maksimum təhlükəsizlik və komfort
Yeni S-Seriyası qabaqcıl MB.DRIVE sürüş və parklama köməkçiləri, AIRMATIC və ya opsional E-ACTIVE BODY CONTROL asqı sistemi, arxa oxun dönməsi və ən son nəsil təhlükəsizlik texnologiyaları ilə hər şəraitdə misilsiz rahatlıq və təhlükəsizlik təqdim edir. 15-ə qədər hava yastığı, PRE-SAFE® sistemləri və ağıllı qoruma həlləri S-Seriyasını bu sahədə də etalon səviyyəyə qaldırır.
Beləliklə, yeni Mercedes-Benz S-Seriyası texnologiya, lüks, təhlükəsizlik və fərdiləşdirməni bir araya gətirərək, hər zamankındən daha ağıllı, daha təhlükəsiz və daha şəxsi sürüş təcrübəsi yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















