Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manata yüksəlib.Azərbaycanda pul bazası 2026-cı ilin yanvar ayında 2025-ci ilin dekabr ayının sonu ilə müqayisədə 75,1 milyon manat artaraq 30 yanavr 2026-cı il tarixində 22 milyard 545.3 milyon manata çatıb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Azərbaycanda pul bazası 2025-ci ilin dekabr ayında noyabr ayının sonu ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% artaraq 22 milyard 470.2 milyon manata çatmışdı.
Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi. 2025-ci ilin 12 ayı ərzində pul bazası 1 milyard 553,7 milyon manat artmışdı
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manatla)
30.01.2026 22545.3
30.12.2025 22470.2
28.11.2025 22128.4
31.10.2025 21395.1
30.09.2025 21541.2
29.08.2025 21121.8
31.07.2025 21243.0
30.06.2025 21471.3
30.05.2025 20629.7
30.04.2025 20719.3
31.03.2025 21498.1
28.02.2025 19842.0
31.01.2025 20124.1
29.12.2024 20916.5
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb




















