“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
İsveçin avtomobil istehsalçısı Volvo Cars, 2025-ci ilin dördüncü rübünə dair maliyyə nəticələrini açıqladıqdan sonra birjada kəskin satışlarla qarşılaşıb. Şirkətin səhmləri cümə axşamı 25 faizdən çox dəyər itirib. Bu ucuzlaşma Volvo səhmləri baxımından ən pis ticarət günlərindən biri kimi qeydə alınıb.
Marja xəbər verir ki, Volvo, dördüncü rübdə mənfəətliliyin nəzərəçarpacaq dərəcədə zəiflədiyini bildirib. Şikətin əməliyyat gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 68 faiz azalaraq 200,46 milyon dollara enib. Şirkət bu geriləməyə gömrük rüsumlarının, valyuta məzənnələrindəki mənfi tendensiyanın və qlobal tələbin zəifləməsinin səbəb olduğunu açıqlayıb.
Rüsumlar və valyuta təzyiqi ön planda
Çinin "Geely Holding" şirkətinin tərkibində fəaliyyət göstərən Volvo, xüsusilə ABŞ və Avropa bazarlarında tətbiq olunan ticarət rüsumlarından mənfi təsir görüb. ABŞ ilə Avropa İttifaqı arasında ötən il imzalanan ticarət çərçivəsi ABŞ-ın bir çox Avropa İttifaqı mənşəli məhsula 15 faiz gömrük vergisi tətbiq etməsinə imkan yaradıb. Bu göstərici əvvəllər müzakirə olunan 30 faiz səviyyəsindən aşağı qalsa da, avtomobil sənayesi üçün əlavə xərc yaradıb.
Çin bazarı və rəqabət təzyiqi
Volvo-nun Baş İcraçı Direktoru Hakan Samuelsson xüsusilə Çin bazarında güclü rəqabət yaşandığını bildirərək, Avropanın avtomobil istehsalçılarının oxşar çətinliklərlə üzləşdiyini deyib. Samuelsson, ABŞ və Çində elektrikli avtomobillərə verilən təşviqlərin başa çatmasının da fəaliyyət mühitini daha mürəkkəb hala gətirdiyini vurğulayıb.
Samuelsson bildirib ki, şirkət daxilində xərclərin azaldılması və pul axınının gücləndirilməsi istiqamətində addımlar atılıb və bu sahələrdə irəliləyiş əldə olunub. Lakin bu tədbirlər qısa müddətdə qlobal bazarlardakı mənfi şəraitin təsirini balanslaşdırmaq üçün kifayət etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























