İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri ilə keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Microsoft” şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri Qabriela Popesku ilə görüşüb.
Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkəmizdə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.
Tərəflər ölkəmizdə rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması, eləcə də sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. “Microsoft”la işbirliyi çərçivəsində birgə layihələrin reallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr üzrə potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, “Microsoft” qlobal miqyasda proqram təminatı, bulud texnologiyaları, süni intellekt, informasiya təhlükəsizliyi və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən aparıcı texnologiya şirkətlərindən biridir. Şirkət dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərir və innovativ texnoloji məhsul və xidmətləri ilə rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 3 d. əvvəl
-
7 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
28 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
53 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Expressbank eyni gündə 2 filial açıb
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı



























