Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Gəncə avtomobil zavodu İstehsalat Birliyi sosial layihələri reallaşdırmaqda davam edir. Müəsisə bu dəfə xüsusi qayğıya və diqqətə ehtiyacı olan uşaq evinin yetkinlik yaşına çatan yeniyetmələrinin işlə təminatına dəstək verməklə bağlı layihəyə start verib.
Müəssisənin mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə bu missiyanı həyata keçirmək məqsədilə Gəncədə yerləşən “4 saylı uşaq evi sosial xidmət müəssisəsi” publik şəxs və Gəncə avtomobil zavodu İstehsalat Birliyi arasında niyyət sazişi imzalanıb. Sənədə əsasən hər iki müəssisə arasında yetkinlik yaşına çatmış yeniyetmələrdən işlə təmin olması razılaşdırılıb və artıq uşaq evinin 3 yetirməsi ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq 0,5 ştat vahidilə 4 saatlıq iş rejiminə uyğun əmək haqqı ödənilməklə rəsmi əmək müqaviləsi imzalanıb. İşə götürülən həmin 3 yeniyetmə zavodun digər əməkdaşları kimi xüsusi geyimlə, daşınma üçün nəqliyyatla və nahar yeməyi ilə təmin olunublar.
Bu gün Gəncə şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev Gəncə avtomobil zavodu İB-də olub və işə qəbul olunan 4 saylı uşaq evi sosial xidmət müəssisəsi publik şəxsin 3 yetirməsi ilə görüşüb. Yığım xəttində fəaliyyətə başlayan yeniyetmələrlə maraqlanan başçının müavini iş başında onlara yaradılan şəraitlə yaxından tanış olub.
Gəncə avtomobil zavodu İB-nın direktoru Amin Əliyev 4 saylı uşaq evi sosial xidmət müəssisəsinin yetirmələrinin işlə təmin olunması üçün imzalanan ikitərəfli razılaşmanın həssas qrupdan olan yeniyetmələrin gələcəkdə cəmiyyətə inteqrasiyası məqsədilə işlə təmin olunması istiqamətində vacib addım kimi dəyərləndirib. Direktor vurğulayıb ki, müəssisədə müxtəlif peşələrdə və müxtəlif yığım sahələrində çalışmaq mümkündür və uşaq evinin yetirmələri üçün bütün lazım şəraiti yaradılacaq ki, onlar orta məktəb təhsillərini başa vurduqdan sonra peşəkar mütəxəssislər yanında istədikləri ixtisaslara yiyələndikdən sonra işlə təmin olunsunlar.
Yeniyetmələrlə görüş zamanı Adil Tağıyev Gəncə avtomobil zavodu İB-nın bu xeyirxah sosial layihəsinin əhəmiyyətini çox yüksək qiymətləndirib:
“Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbərliyinin bu təşəbbüsü hamımız üçün çox sevindiricidir. Yetkinlik yaşına çatdıqdan sonra həssas qrupdan olan uşaq evinin yetirmələrini işlə təmin etmək, onların gələcəkdə cəmiyyətə inteqrasiyasında mühüm rol oynamaq minnətdarlığa layıqdir. Ümid edirik ki, şəhərimizdə fəaliyyət göstərən digər müəssisələr də bu xeyirxah layihəyə qoşulacaqlar. Çünki gənclərin gələcəkdə əsl vətəndaş kimi yetişmələri üçün bu cox alicənab əməldir” deyə Adil Tağıyev vurğulayıb. Başçının müavini yeniyetmələrlə söhbət zamanı qeyd edib ki, ölkə başçısı Cənab İlham Əliyev gənclərə daim diqqət və qayğı göstərilməsi ilə bağlı göstərişləri Azərbaycan gəncliyinin günü gündən inkişaf etməsinə dəstək olmasına səbəb olur. O gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edib və ümid etdiyini bildirib ki, Gəncə avtomobil zavodu İB-nın rəhbərliyi tərəfindən onlara göstərdikləri etmadı doğruldacaqlar.
Görüş zamanı 4 saylı uşaq evi sosial xidmət müəssisəsinin yetirmələri onlara göstərilən etimada və yaradılan şəraitə görə Gəncə avtomobil zavodu İB-nın rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, fevralın 2-də Gənclər günündə müəssisə ilə tanışlıqdan sonra onlarda zavodla bağlı çox yüksək təəsürat yarandı və bu gün burada ilk əmək fəaliyyətlərinə başladıqları üçün sevinclidirlər:
“Birliyin rəhbərliyi, bütün kollektiv bizi çox isti və səmimi qarşıladılar. Öz doğmaları kimi bizimlə davranırlar. Səbrlə, hövsələ ilə bizə peşələrin sirrlərini öyrədirlər. Bəzən nəyisə başa düşməyəndə dəfələrlə onu izah edirlər. Nəqliyyatla, geyimlə, yeməklə təmin ediblər. Hər kəsə bizə göstərdikləri diqqət və qayğıya görə minnətdarıq” - deyə yeniyetmələr bildiriblər.
Müştərilərin xəbərləri
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
25 d. sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 3 d. əvvəl
-
38 d. əvvəl
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
- 44 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
1 saat əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
1 saat əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
2 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Ən çox oxunanlar
Sentyabrın 29-da gözlənilən hava şəraiti
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir






















