Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
ABŞ Prezidenti Donald Trampın qlobal tarifləri 15%-ə artırmaq planını açıqlamasından sonra bazar ertəsi Bitcoin 5%-dən çox ucuzlaşaraq 65 min dollardan aşağı düşüb.Bitcoin ucuzlaşmaqda davam edir.
Marja.az xəbər verir ki, Bitcoin 5%-ə qədər də ucuzlaşıb və 65 000 dollardan aşağı qiymətlərə (64 384) ticarət edilib.
Kriptovalyuta il ərzində 26% dəyər itirib.
Bazar əhval-ruhiyyəsi ABŞ-ın ticarət siyasəti səbəbilə zəifləyib. ABŞ Ali Məhkəməsi ötən həftə Prezident Donald Trampın əvvəlki tarif proqramının bəzi elementlərini ləğv edib.
Tramp daha sonra idxala 150 gün müddətinə yeni 10%-lik qlobal tarif tətbiq etdiyini elan edib və ardınca dərəcəni müvafiq qanun çərçivəsində icazə verilən maksimum hədd olan 15%-ə qaldırıb ki, bu da maliyyə bazarlarında narahatlıq yaradıb.
Tariflərin artırılması bazar ertəsi Asiya sessiyasında səhmlərə və digər riskə həssas aktivlərə təzyiq göstərib. İnvestorlar daha yüksək ticarət baryerlərinin qlobal iqtisadi artımı zəiflədə və likvidlik şərtlərini sərtləşdirə biləcəyi ilə bağlı narahatdırlar — bu amillər adətən kriptovalyutalara mənfi təsir edir.
ABŞ-ın İran ətrafında hərbi qüvvə yığması regional silahlı münaqişə ehtimalını artırır və bunun qlobal ticarət axınlarına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar investorları ehtiyatlı davranmağa vadar edir.
Bitcoin ötən ilin oktyabr ayında 125 min dolları keçdikdən sonra kəskin satış dalğası ilə üzləşib və ucuzlaşma 2025-ciildə dədavam edir. Dünyanın ən böyük kriptovalyutası ilin əvvəlindən 26% dəyər itirib və oktyabr pik səviyyəsindən bu yana 47%-dən çox ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















