Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
"IQM Quantum Computers" Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır.
Marja xəbər verir ki, Finlandiyada yerləşən IQM Quantum Computers bazar ertəsi Avropada bu sektorda birinci ictimai şirkətlərdən (səhmləri birjada ticarət olunan açıq səhmdar cəmiyyəti) biri olmaq niyyətini açıqlayıb.
Şirkət Nyu York birjasında listinq üçün xüsusi təyinatlı satınalma şirkəti olan "Real Asset Acquisition Corp" ilə birləşəcək. Şirkətin bəyanatına görə, 1,8 milyard dollar ilkin kapital dəyəri verən razılaşma səhmdarların təsdiqi və digər tənzimləyici şərtlərin yerinə yetirilməsindən asılıdır.
Şirkət əməliyyatın bu ilin iyun ayına yaxın tamamlanmasını və qısa müddət sonra birjaya çıxışın baş tutmasını hədəfləyir. Eyni zamanda Helsinki Fond Birjasında ikili listinq imkanını da nəzərdən keçirir.
2018-ci ildə yaradılan "IQM Quantum Computers" 2025-ci ilin sentyabrında 320 milyon dollar həcmində B seriyası maliyyələşdirmə raundu cəlb edib. Bu raund şirkətin dəyərini 1 milyard dollar səviyyəsinə yüksəldib. İnvestisiya raunduna ABŞ-ın kiber təhlükəsizlik sahəsinə fokuslanan "Ten Eleven Ventures" rəhbərlik edib, Finlandiyanın vençur kapitalı fondu "Tesi" də investisiya yatırıb.
"IQM Quantum Computers" tam inteqrasiya olunmuş, açıq arxitekturalı kvant sistemləri hazırlayır. Bu sistemlər yerli infrastruktura yerləşdirilə və ya bulud vasitəsilə istifadə oluna bilər.
Birləşmə şirkətə əlavə olaraq 300 milyon dollardan çox maliyyə vəsaiti təmin edə bilər.
Kvant hesablama texnologiyası ənənəvi kompüterlərdən daha sürətli hesablamalar apararaq daha mürəkkəb problemləri həll etmək və böyük həcmli məlumatları emal etmək potensialına malikdir. Bu texnologiyanın tibb, elm və maliyyə kimi sahələrdə sıçrayışlara imkan verə biləcəyi qeyd olunur.
Texnologiya hələ kommersiya mühitində geniş tətbiq olunmasa da və mühüm texniki çətinliklər mövcud olsa da, bəzi analitiklər kvant sektorunun perspektivinə optimist yanaşırlar.
"IQM Quantum Computers"ın həmtəsisçisi və baş icraçı direktoru Jan Goetz bildirib ki, kvant hesablama artıq elmi layihə deyil, müştərilərin istifadə etdiyi və üzərində sistem qurduğu sənayeyə çevrilib.
Şirkət indiyə qədər 13 müştəriyə 21 kvant sistemi satıb və 2025-ci ildə ən azı 35 milyon dollar gəlir əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®


























