"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
"Changan Azərbaycan": Müştəri aylıq lizinq ödənişlərini davam etdirə bilməyəcəyini anlayaraq avtomobildə texniki nasazlıqların olması barədə iddialar səsləndirib, ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edib".Son günlər CHANGAN Azərbaycan ilə bağlı bəzi media platformalarında və sosial şəbəkələrdə yalan və əsassız məlumatlara əsaslanan paylaşımlar aparıldığı, müxtəlif iddiaların səsləndirildiyi müşahidə olunmaqdadır.
Şirkət tərəfindən bildirilib ki, bu məlumatların bir qismi məqsədli qarayaxma kampaniyası xarakteri daşıyır.
Məsələ ilə bağlı "CHANGAN Azərbaycan" rəsmi mövqeyini açıqlayaraq qeyd edib ki, hazırda mövzu hüquqi müstəvidə araşdırılır və yekun qiymətləndirmə müvafiq məhkəmə orqanları tərəfindən veriləcəkdir.
Bildirilib ki, "CHANGAN Azərbaycan"ın direktoru Orxan Bayramov tərəfindən səsləndirilən iddiaların əsassız olduğu müvafiq fakt və sübutlarla təqdim olunub.
Rəsmi açıqlamada vurğulanıb ki, şirkətin bütün fəaliyyəti qüvvədə olan qanunvericiliyin tələblərinə və bağlanmış müqavilə öhdəliklərinə uyğun şəkildə həyata keçirilir. İşgüzar nüfuza zərər vuran əsassız iddialarla bağlı isə qanunvericiliyə uyğun olaraq ciddi hüquqi tədbirlərin görülməsi istiqamətində müvafiq addımlar atılır.
XXX
"Changan Azərbaycan" mediada səslənən iddialara rəsmi cavab verib.
Marja.az xəbər verir ki, "Changan Azərbaycan"ın direktoru Orxan Bayramov bildirib:
"Son günlər bəzi media platformalarında şirkətimiz barədə yayılan məlumatlarla bağlı rəsmi mövqeyimizi ictimaiyyətə çatdırmaq istəyirəm.
İlk növbədə bildirmək istəyirəm ki, yayılan iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur.
Müştəri ilə aramızda lizinq müqaviləsi bağlanmışdır. Müştəri avtomobili ilkin ödənişsiz kampaniya çərçivəsində əldə etmiş və avtomobil bir aydan artıq müddətdə onun istifadəsində olmuşdur. Bu müddət ərzində yalnız bir aylıq lizinq ödənişi həyata keçirilmişdir.
Qeyd etmək istərdim ki, müştəri avtomobili əldə etməyə gəldiyi zaman yanında bir şəxs olmuşdur və həmin şəxs taksi fəaliyyəti üçün müvafiq sənədin əldə edilməsində köməklik göstərəcəyini bildirmişdir. Müştəri bu məqsədlə həmin şəxsə 500 AZN vəsait ödəmişdir. Sonradan sənəd əldə olunmadığı üçün müştəri tərəfindən həmin şəxs barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.
Yaranmış vəziyyətdən sonra müştəri aylıq lizinq ödənişlərini davam etdirə bilməyəcəyini anlayaraq avtomobilin geri qaytarılması üçün şirkətimizə müraciət etmişdir. Ona müqavilə şərtlərinə uyğun olaraq məlumat verilmişdir ki, avtomobil bir aydan artıq istifadə olunduğu, sürüldüyü və artıq ikinci əl statusu qazandığı üçün dəyərdən düşmə ilə bağlı ödəniş müqaviləyə əsasən müştəri tərəfindən qarşılanmalıdır. Bu şərt müqavilədə açıq şəkildə öz əksini tapmışdır.
Məhz bu məlumatdan sonra müştəri avtomobildə texniki nasazlıqların olması barədə iddialar səsləndirməyə başlamışdır. Halbuki avtomobilin istismarı müddətində servisə heç bir texniki nasazlıqla bağlı müraciət edilməmişdir. Geri qaytarılma yoxlanışı zamanı da avtomobildə hər hansı texniki qüsur aşkarlanmamışdır. Qeyd edək ki, servisə müraciət avtomobil təhvil alındıqdan 34 gün sonra edilmiş və yenə də heç bir nasazlıq qeydə alınmamışdır.
Buna baxmayaraq, müştəri dövlət qeydiyyat nişanı, icbari sığorta və kasko sığortası üçün ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmişdir. Bu tələblərin hüquqi əsası mövcud deyildir.
Hazırda məsələ məhkəmə icraatındadır və hüquqi qiymət məhz məhkəmə tərəfindən veriləcəkdir.
Təəssüf ki, bəzi media qurumları və televiziya nümayəndələri şirkətimizin mövqeyini tam şəkildə araşdırmadan, müqavilə şərtlərini və məhkəmə prosesini gözləmədən birtərəfli və əsassız iddialar səsləndirmiş, rəsmi mövqeyimizi isə montaj edilərək natamam formada təqdim etmişlər. Bu isə şirkətimizin işgüzar nüfuzuna ciddi zərər vurmuşdur.
Bununla əlaqədar olaraq həm müştəri, həm də yalan və təsdiqlənməmiş məlumatları yayan media qurumları barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlər görülməyə başlanılmışdır. İşgüzar nüfuza dəyən zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəkdir.
Xüsusilə vurğulamaq istəyirəm ki, məqsədimiz maddi qazanc əldə etmək deyil. Məqsədimiz əsassız və yalan məlumatların yayılmasının qarşısını almaq və məsul şəxslərin qanun qarşısında cavabdehlik daşımasını təmin etməkdir. İddiamız təmin ediləcəyi təqdirdə əldə olunacaq vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
25 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
55 d. əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
1 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
1 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
2 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
2 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
2 saat əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Ən çox oxunanlar
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt























