Qızılın qiyməti yavaş artım göstərib
Qızılın qiyməti çərşənbə günü Asiya ticarətində yavaş artım göstərib. Əvvəlki sessiyada qızılın qiyməti mənfəət realizasiyası səbəbilə bir qədər düşmüşdü.
Marja xəbər verir ki, investorlar ABŞ-ın yeni tətbiq etdiyi tariflərin təsirini qiymətləndirir və həftənin sonunda keçiriləcək ABŞ–İran danışıqlarını gözləyirlər.
Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, qızılın unsiyasının qiyməti 0,9% bahalaşma ilə 5189 dollar təşkil edib.
“Sarı metal” çərşənbə axşamı ardıcıl dörd sessiyalıq artımdan sonra 1,6% ucuzlaşmışdı.
ABŞ çərşənbə axşamından etibarən qlobal idxala müvəqqəti 10%-lik tarif tətbiq etməyə başlayıb. Donald Tramp administrasiyası bu rüsumu 15%-ə qaldırmaq istiqamətində çalışır. Bu addım qlobal ticarət və inflyasiya ilə bağlı qeyri-müəyyənliyi artırıb.
Tarif qərarı, ötən həftə ABŞ Ali Məhkəməsinin fövqəladə səlahiyyətlər çərçivəsində tətbiq edilmiş əvvəlki genişmiqyaslı rüsumları ləğv etməsindən sonra atılıb. Vaşinqton alternativ hüquqi əsasla tarifləri yenidən tətbiq edib.
Geosiyasi risklər də bazarın diqqətində qalır. ABŞ və İranın cümə axşamı Cenevrə şəhərində Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundunu keçirməsi planlaşdırılır.
Bununla belə, qızıldakı bahalaşma ABŞ-da faiz dərəcələrinin yüksək səviyyədə qalacağı gözləntiləri ilə məhdudlaşıb. Çərşənbə axşamı ABŞ Mərkəzi Bankının (FED) iki rəsmisi yaxın müddətdə monetar siyasətin dəyişdirilməsinə meylin zəif olduğunu bildirib. “Uzun müddət yüksək faiz” ssenarisi gəlir gətirməyən aktivlər, o cümlədən qızıl üçün adətən mənfi amil sayılır.
Güclənən dollar da təzyiq yaradır. ABŞ valyutasının son artımını davam etdirməsi dollarla qiymətləndirilən metalları xarici alıcılar üçün daha bahalı edir.
ABŞ Dollar İndeksi çərşənbə axşamı 0,1% artdıqdan sonra əsasən sabit qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























