Rusiyanın neft və qaz gəlirləri azalır
Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər il ərzində 19 faiz azalıb.
Almaniyanın “Tagesschau” portalı xəbər verir ki, Finlandiya beyin mərkəzi CREA-nın məlumatına görə, son on iki ayda neft, qaz, kömür və neft məhsulları ixracından əldə edilən gəlirlər təxminən 193 milyard avro təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz azalma deməkdir.Müharibədən əvvəlki dövrlə müqayisədə azalma daha nəzərəçarpan olub və 27 faiz təşkil edib.
Rusiyanın enerji məhsullarının Aİ-yə ixracı son on iki ayda xüsusilə kəskin şəkildə azalıb; bu rəqəm 36 faiz azalaraq 14,5 milyard avroya düşüb. Rusiyanın iki ən böyük müştərisinin neft idxalı da azalıb: Hindistanın neft idxalı son on iki ayda doqquz faiz azalaraq 31,6 milyard avroya, Çinə isə idxal isə 14 faiz azalaraq 43 milyard avroya düşüb.
CREA əsas səbəblər kimi Rusiya xam neftindən istehsal olunan neft məhsullarına qarşı Aİ sanksiyalarını və ABŞ-nin OFAC agentliyinin iki neft şirkətinə - “Rosneft” və “Lukoil”a qarşı gördüyü tədbirləri göstərir. Bu, xüsusilə Hindistana tədarükü əhəmiyyətli dərəcədə azaldıb.
Fevralın əvvəlində Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketi təklif edib. Bu paketə Rusiya neftini daşıyan tankerlərə “hərtərəfli dəniz gəmiçiliyi qadağası” da daxildir. Bu qadağa mövcud sanksiyaları əhəmiyyətli dərəcədə üstələyəcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























