Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
Qızıl, investorların Yaxın Şərqdəki geosiyasi gərginlikləri və ABŞ-ın gömrük tarifələrinin qlobal ticarətə təsirini qiymətləndirməsi fonunda bahalaşıb.
Marja xəbər verir ki, külçə qızıl son altı ticarət sessiyasında təxminən 6 faiz dəyər qazandıqdan sonra unsiyası 5200 dolları keçərək 5205 dolları görüb.
ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması qlobal bazarlarda narahatlıq yaradıb. Vaşinqton İranın neft və silah satışını dəstəkləyən 30-dan çox quruma sanksiya tətbiq edərək, cümə axşamı Cenevrədə keçiriləcək son nüvə danışıqları öncəsi Tehran üzərində təzyiqi artırıb.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp administrasiyası ticarət tərəfdaşları ilə onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirən tarif gündəmini davam etdirir. ABŞ Ticarət Nümayəndəsi Jamieson Greer Trampın “müvafiq hallarda” qlobal tarifələri 15 faizə qədər artıran fərman imzalayacağını bildirib. Ali Məhkəmənin Trampın qarşılıqlı tariflərlə bağlı qərarını ləğv etməsindən sonra genişmiqyaslı 10 faizlik vergi çərşənbə axşamı qüvvəyə minib.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətinə hökumət müdaxiləsi ilə bağlı narahatlıqlar da qızılın qiymətini dəstəkləyib. FED-in Atlanta şöbəsinin sədri Raphael Bostic təqaüdə çıxmazdan əvvəl yazdığı vida məqaləsində amerikalıların mərkəzi bankın müstəqilliyini şübhə altına almağa başlamasından narahat olduğunu bildirib.
Qızılın unsiyası Bakı vaxtı ilə saat 09:49-da 0,7 faiz bahalaşma ilə 5200 dollara ticarət olunub. .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















