Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda bazar ertəsi Avropada birja ticarətinin açılışında təbii qazın qiyməti 20% yüksəlib.
Marja xəbər verir ki, bu barədə Londonun Intercontinental Exchange (ICE) birjasının məlumatlarından məlum olur.
Aprel fyuçersinin dəyəri 1000 kubmetr üçün təxminən 470 dollara və ya 38,67 avro/MVt saata qədər artıb (avronun dollara cari məzənnəsinə əsasən, ICE-də qiymətlər MVt·saat üçün avro ilə təqdim olunur).
Avropada qaz kotirovkaları yanvarın sonundan bəri ən yüksək səviyyəyə çatıb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. ABŞ rəhbərliyi açıq şəkildə İran əhalisini öz hökumətinə qarşı çıxmağa və hakimiyyəti ələ keçirməyə çağırıb. Zərbələr nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və İslam Respublikasının digər yüksək vəzifəli şəxsləri həlak olub.
SEPAH cavab əməliyyatı keçirdiyini elan edərək İsraildəki obyektlərə zərbələr endirib. Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da hücuma məruz qalıb.
Əlavə edək ki, ABŞ və İsrailin İrana hücumlarından sonra neft qiymətləri kəskin şəkildə (10 faizə yaxın) yüksəlib; xam neftin bareli 80 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























