"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
İrandan neft xəbərdarlığı: “Qiymət 200 dolları keçə bilər!” İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Hatemul Enbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari bildirib ki, “Əgər neftin bir barelinin qiymətinin 200 dolları keçməsinə dözə biləcəksinizsə, bu oyunu davam etdirin.” Onun sözlərinə görə, enerji bazarında gərginliyin artması neft qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər. Qeyd edək ki, ABŞ və İsrail daha əvvəl paytaxt Tehran və ətrafındakı neft anbarlarını hədəf alan zərbələr endirmişdi.İran ordusu xəbərdarlıq edib ki, ABŞ və İsrail ölkənin enerji infrastrukturuna zərbələri davam etdirərsə, İran da regiondakı neft obyektlərini hədəf ala bilər.
Marja xəbər verir ki, dövlət televiziyasına danışan İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Hatemul Enbiya" (Hatemün Nebiyyin) Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari ABŞ və İsrailin İranın infrastrukturuna qarşı hücumlarını şərh edib.
“200 dollara hazır olun” mesajı
Zülfikari bildirib ki, İslam ölkələrinin rəhbərlikləri müharibənin təsirlərinin daha geniş yayılmaması üçün ABŞ və İsraili “bu cür qorxaq və qeyri-insani addımlardan çəkinməyə” çağırmalıdır.
O, çıxışında əlavə edib:
“Əks halda, bölgədə oxşar addımlar atılacaq və əgər neftin bir barelinin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin.”
Hədəf siyahısında dəyişiklik
İranın Xəbər Agentliyinə danışan iranlı bir rəsmi bildirib ki, ölkə hədəf seçimi strategiyasını dəyişib və artıq yalnız ABŞ və İsrailə məxsus hərbi obyektlərlə kifayətlənməyəcək.
Rəsmiyə görə, İran bundan sonra ABŞ kapitallı obyektləri də potensial hədəf kimi nəzərdən keçirə bilər. Onun sözlərinə görə, bu qərar ABŞ və İsrail rəsmilərinin son açıqlamalarından sonra qəbul olunub və həmin ölkələrin birbaşa İran xalqını təhdid etməyə başladığı iddia edilir.
Qeyd edək ki, ABŞ və İsrail ötən gecə paytaxt Tehran və ətrafındakı neft anbarlarını hədəf alan zərbələr endirmişdi.
Qeyd edək ki, Yaxın Şərqdə artan gərginlik və təkliflə bağlı narahatlıqlar fonunda bu gün neft qiymətləri 30%-ə yaxın yüksəlib, Brent neftinin bir barelinin qiyməti isə 119 dollara qədər qalxıb.
09.03.2026
10:23
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
37 d. əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
1 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
2 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
2 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
2 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
14.12.2026
14:44
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
28.09.2026
17:40
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
28.09.2026
16:56
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
28.09.2026
16:41
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
28.09.2026
16:15
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
28.09.2026
15:41
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
28.09.2026
15:20
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
28.09.2026
14:51























