Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
ABŞ Prezidenti Donald Trump, İrana qarşı aparılan müharibənin böyük ölçüdə tamamlandığını bildirərək münaqişənin yaxın vaxtlarda sona çata biləcəyinə işarə edib.ABŞ Prezidenti Donald Trump, neft qiymətlərinin 100 dolları keçdiyi və İranla müharibənin 10-cu gününə daxil olduğu bir vaxtda, münaqişənin yaxın vaxtlarda sona çata biləcəyinə dair siqnal verib.
Tramp bazar ertəsi CBS News telekanalına telefonla verdiyi müsahibədə bildirib ki, ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlar gözləniləndən daha sürətli irəliləyir.
“Düşünürəm ki, müharibə böyük ölçüdə tamamlanıb,” – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, əməliyyatların əvvəlcə 4–5 həftə davam edəcəyi proqnozlaşdırılsa da, proses planlaşdırılandan daha tez irəliləyib.
ABŞ prezidenti İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini də vurğulayıb.
“Onların donanması yoxdur, rabitə sistemləri yoxdur, hava qüvvələri də yoxdur,” – deyə Tramp bildirib.
Bu açıqlamalar Yaxın Şərqdə gərginliyin davam etdiyi və enerji bazarlarında kəskin dalğalanmaların müşahidə olunduğu bir vaxta təsadüf edir. Geosiyasi risklərin artması fonunda qlobal bazarlarda xüsusilə neft və qaz qiymətlərində ciddi yüksəliş qeydə alınmışdır.
Trampın açıqlamasından sonra Brent neftinin qiyməti 87 dollara qədər düşüb. Bu gün səhər neftin qiyməti 119 dolları keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























