Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Çinin ticarət profisiti 2026-cı ilin yanvar–fevral dövründə 213,6 milyard dollara yüksələrək rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, Çində ticarət profisitinin ilin ilk iki ayında rekord səviyyəyə yüksəlməsi və ixracın gözləntilərdən xeyli çox artması dünyanın ikinci ən böyük iqtisadiyyatının ABŞ ilə davam edən ticarət gərginliyinə baxmayaraq dayanıqlılığını göstərib.
Çin, Ay Yeni ili tətilinin hər il fərqli tarixlərə təsadüf etməsi səbəbindən yaranan statistik dalğalanmaları azaltmaq üçün adətən yanvar və fevral aylarının ticarət məlumatlarını birlikdə açıqlayır.
Açıqlanan məlumatlara görə, ölkənin ticarət balansı (profisiti) 213,62 milyard dollara yüksəlib. Bu göstərici iqtisadçıların 179,6 milyard dollarlıq proqnozunu üstələyib və dekabr ayında qeydə alınan 114,1 milyard dollarlıq səviyyə ilə müqayisədə əhəmiyyətli artım göstərib.
Gömrük məlumatlarına əsasən, Çinin ixracı yanvar–fevral dövründə illik müqayisədə 21,8% artaraq iqtisadçıların 7,1%-lik gözləntisini üstələyib.
İdxal isə ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə 19,8% artaraq 6,3%-lik proqnozdan yüksək olub.
Hökumət məlumatlarına əsasən, ABŞ ilə ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% azalaraq 609,71 milyard yuan (88,22 milyard dollar) təşkil edib. Buna baxmayaraq, Çinin Avropa Birliyi ilə ticarəti 19,9% artaraq 998,94 milyard yuana yüksəlib.
Eyni zamanda, ASEAN ölkələri ilə ticarət də 20,3% artaraq 1,24 trilyon yuana çatıb.
Bu ticarət göstəriciləri Çində istehlak inflyasiyasının da üç ildən çox müddətin ən böyük artımını göstərdiyi bir dövrə təsadüf edir. Artım əsasən uzun bayram tətili dövründə istehlak xərclərinin yüksəlməsi ilə bağlı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























