Vətəndaşlar öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoya biləcəklər
Azərbaycan Mərkəzi Bankı (AMB) "Könüllü kredit qadağası" mexanizmi üzərində işlər tamamlanmaq üzrədir.
Bunu AMB-nin sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.
Onun sözlərinə görə, hazırda yeni bir təhlükəsizlik aləti – "Könüllü kredit qadağası" mexanizmi üzərində işlər tamamlanır: "Bu mexanizm vətəndaşlara öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoymaq imkanı verəcək. Bu isə fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azaldacaq".
O bildirib ki, AMB rəqəmsal maliyyə ekosistemində istehlakçıların hüquqlarının qorunması və kiberdələduzluq halları ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.
T.Əliyev qeyd edib ki, sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə törədilən dələduzluq halları qlobal problem olaraq qalır: "Mərkəzi Bank tərəfindən bu təhdidlərin qarşısını almaq məqsədilə kibertəhlükəsizlik və nəzarət mexanizmləri sahəsində bir sıra mühüm addımlar atılıb. Maliyyə institutları üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən edilib və məsafədən hesab açılması qaydaları modernləşdirilib. Bundan başqa, kiberinsidentlərlə mübarizə məqsədilə "FinServ" mərkəzi yaradılıb və banklar arasında dələduzluğa qarşı operativ məlumat mübadiləsi sistemi formalaşdırılıb".
O həmçinin qeyd edib ki, Mərkəzi Bank beynəlxalq əməkdaşlığı da genişləndirərək OECD-INFE (Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkə) platformasına üzv olub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















