"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
"Qisas almadan geri çəkilməyəcəyik".İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk dəfə müraciət edib.
Müctəba Xamenei açıqlamasında bildirib ki, ölkənin cənub-şərqində yerləşən qızlar məktəbinə ABŞ tərəfindən edilən hücumun qisasını almadan geri çəkilməyəcəklər.
Hamanei deyib: “Qonşularımızla dostluğa inanırıq, yalnız bazaları hədəf alırıq. Müharibə zərurətdən dolayı davam edəcək.”
Açıqlamasında o qeyd edib ki, ABŞ bazalarını hədəf almağa məcburdurlar:
“Qonşu ölkələrlə dostluğa inanırıq, yalnız bazaları hədəf alırıq və bu davam edəcək. Düşmən bazaları bu ölkələri nəzarət altına almağı hədəfləyir. Bölgədəki bütün ABŞ bazaları dərhal bağlanmalıdır. Hörmüz boğazının bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir. İran şəhidlərinin qisasını almaqdan vaz keçməyəcəyik. Ölkəni bölmək cəhdlərinin qarşısını aldıq. Bütün xalqımız birlik olsun. Düşmənin Minabda məktəbdə və ya başqa yerdə törətdiyi cinayətlər cavabsız qalmayacaq.”
O əlavə edib ki, zərər çəkənlərə təzminat ödənilməlidir və İran bunun üçün düşməndən kompensasiya tələb edəcək. Əgər bu ödəniş edilməzsə, uyğun məbləğin düşmənin mallarından alınacağını, bu da mümkün olmasa eyni dəyərdə onun aktivlərinin məhv ediləcəyini bildirib.
Hamanei vurğulayıb: “İran bir müstəmləkə dövləti deyil.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















