Xiaomi-nin səhmləri yenilənmiş SU7-nin təqdimatından əvvəl 5% bahalaşıb
Bazar ertəsi günü Çin texnologiya nəhəngi Xiaomi Corpın səhmləri 5%-dən çox bahalaşıb. Şirkət bildirir ki, bu həftə SU7 elektrik sedanının yenilənmiş versiyasını təqdim edəcək. Bu artım Hang Seng indeksinin 1%-dən çox qalxmasına da təkan verib.
Xiaomi-nin məlumatına görə, növbəti nəsil SU7 modeli rəsmi olaraq 19 martda təqdim olunacaq. Şirkətin Baş direktoru Lei Jun bildirib ki, avtomobilin təqdimatı əvvəlcədən planlaşdırılandan tez olacaq.
Yenilənmiş SU7 modeli batareya performansı, təhlükəsizlik və hardware xüsusiyyətləri baxımından təkmilləşdirilib və Xiaomi-nin 2026-cı il üçün ən azı 550 min elektrik avtomobili satmaq hədəfində mərkəzi rol oynayır.
Şirkət 2024-cü ildə SU7 ilə elektrik avtomobil bazarına uğurlu giriş edib, 2025-ci ildə isə YU7 elektrik krossoveri satışlarda yaxşı nəticələr göstərib. Lakin Çin EV bazarı çox rəqabətlidir və yerli şirkətlər pay qazanmaq üçün agressiv endirimlər tətbiq edirlər. Fevral ayında Xiaomi-nin EV satışları isə illik müqayisədə 14% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























