Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
İranın strateji təbii qaz və neft sahələrinin hava hücumları ilə hədəf alınması, qlobal təchizatın beşdə birinin keçdiyi Hörmüz boğazında hərəkəti dayanma nöqtəsinə gətirib.
Marja.az xəbər verir ki, ilin əvvəlindən bəri təxminən 80% bahalaşan Brent neftinin qiyməti, bu gün 5% də bahalaşaraq 108 dollar səviyyəsinə yaxınlaşıb (saat 17:40-a olan qiymət).
Qlobal enerji bazarları, İranın Cənubi Pars qaz sahəsi və Asaluyeh neft obyektlərinə edilən hücum xəbəri ilə sarsılıb. İran dövlət televiziyası hücumları təsdiqləyb, Tehran, qonşu ölkələrin enerji infrastrukturunu da əhatə edə biləcək “şiddətli” cavab vəd edib.
Bu hadisə qlobal inflyasiya narahatlıqlarını gücləndirir, Brent neftinin daha da bahalaşmasına səbəb olurb.
Hörmüz boğazında gəmilərin hərəkəti təhlükəsizlik narahatlıqları və siyasi risklər səbəbindən demək olar ki, tamamilə dayanıb Qlobal neft və LNG ticarətinin təxminən 20%-i buradan keçir.
Enerji xərclərindəki artım, sənaye və logistika zəncirləri üzərindən inflyasiyaya təkan verir.
ABŞ-da dizel yanacağının qallon qiyməti 5 dolları keçib, bu da tədarük zənciri xərclərini artıraraq istehlakçı qiymətlərinə əlavə təzyiq göstərir.
Hörmüzdəki tıxacı aşmaq üçün region ölkələri alternativ yollar ilə nəqlə başlayır. İraq, İraq Kürdüstanı bölgəsindən Türkiyənin Ceyhan Limanına boru kəməri vasitəsilə daşımalara yenidən start verib. Lakin ekspertlər qeyd edir ki, bu kəmərin tutumu İraqın müharibədən əvvəlki istehsalının yalnız kiçik bir hissəsini əhatə edə bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
15 d. sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
14 d. əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
-
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
-
43 d. əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
1 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
1 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
1 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
1 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
1 saat əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Ən çox oxunanlar
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt






















