FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
Dünən ABŞ Mərkəzi Bankı – Federal Reserve (FED) ilin ikinci pul siyasəti iclasında uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Marja xəbər verir ki, FED martın 17–18-də keçirilən iclasdan sonra əsas faiz dərəcəsini 3,50% – 3,75% aralığında sabit saxlayıb. Bloomberg tərəfindən sorğuda iştirak edən iqtisadçıların proqnozları da bu qərarın veriləcəyini göstərirdi.
FED sonuncu dəfə dekabrın 10-da faiz dərəcəsini 25 baza bəndi endirmişdi. Hazırda uçot dərəcəsi 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qalır.
“Yaxın Şərqdəki gərginliyin təsiri qeyri-müəyyəndir”
Fed-in açıqlamasında bildirilib ki, iqtisadi fəaliyyət sabit şəkildə davam edir, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. Bununla belə, inflyasiya hələ də hədəf səviyyədən yüksəkdir.
Yaxın Şərqdəki gərginliyin ABŞ iqtisadiyyatına təsiri ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkən FED, qiymət sabitliyi və tam məşğulluq hədəfləri üzrə riskləri yaxından izləməyə davam edəcəyini vurğulayıb.
Mərkəzi bank gələcək faiz qərarlarında iqtisadi göstəriciləri, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcəyini bildirib.
İdarə heyətində 11 üzv faizin sabit saxlanmasına səs verib. Yeganə fərqli mövqe isə Stephen Miran tərəfindən irəli sürülüb. O, faizlərin 25 baza bəndi azaldılaraq 3,25–3,50% aralığına endirilməsini təklif edib.
Powell-dan açıqlamalar
Fed sədri Jerome Powell qərardan sonra keçirdiyi mətbuat konfransında iqtisadi vəziyyətə dair fikirlərini bölüşüb.
Powell bildirib ki, inflyasiya hələ də yüksək səviyyədə qalır və bu sahədə konkret irəliləyiş əldə olunmadan faiz endirimi gündəmdə deyil. O, qısamüddətli inflyasiya gözləntilərinin son dövrlərdə artdığını və bunun əsasən neft qiymətlərindəki ciddi yüksəlişlə bağlı olduğunu qeyd edib.
Enerji qiymətlərinin yüksək qalmasının inflyasiyanı artıracağını bildirən Powell, neft şokunun bir hissəsinin əsas (baza) inflyasiyaya da təsir edəcəyini vurğulayıb. O əlavə edib ki, xüsusilə mal inflyasiyasının dinamikası diqqətlə izlənilir.
Əmək bazarına toxunan Powell qeyd edib ki, işsizlik səviyyəsi ötən yaydan bəri ciddi dəyişməyib. İstehlak xərcləri güclü qalır və iqtisadi artım müsbət dinamika nümayiş etdirir. Uzunmüddətli inflyasiya gözləntilərinin isə əsasən 2%-lik hədəflə uyğun olduğu bildirilib.
Powell həmçinin vurğulayıb ki, Yaxın Şərqdəki gərginliyin iqtisadi təsirlərini tam qiymətləndirmək üçün hələ tezdir və mövcud faiz dərəcələri sərt və qeyri-sərt siyasət sərhədinin bir qədər üzərində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
4 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
1 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
2 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
2 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb























