Qlobal neft bazarlarında kəskin ucuzlaşma
Qlobal neft bazarlarında kəskin ucuzlaşma qeydə alınıb. ABŞ-ın İranla gərginliyi azaltmağa yönəlmiş planı ilə bağlı xəbərlər fonunda qiymətlər 6%-dən çox geriləyib.
Marja.az xəbər verir ki, Asiya sessiyasında ticarət zamanı Brent markalı neftin may fyuçersləri 6,3% düşərək bir barel üçün 97,90 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 5,2% azalaraq 87,52 dollar səviyyəsinə enib.
Səbəb: Geosiyasi risklərin azalması gözləntiləri
Qiymətlərdəki enişə səbəb kimi ABŞ-ın İranla münaqişəni dayandırmaq məqsədilə 15 maddəlik plan təqdim etməsi ilə bağlı məlumatlar göstərilir. Bu xəbər bazarlarda mümkün atəşkəs və regionda gərginliyin azalacağına dair gözləntiləri gücləndirib.
Bazar iştirakçıları xüsusilə Hörmüz Boğazı üzərindən neft daşımalarının təhlükəsizliyi ilə bağlı risklərin azalmasını qiymətlərə təsir edən əsas faktor kimi qiymətləndirirlər.
Tramp: “Hazırda danışıqlar aparılır”
ABŞ Prezidenti Donald Trump bildirib ki, Vaşinqton hazırda İranla danışıqlar aparır və Tehran “daha məntiqli mövqe” nümayiş etdirməyə başlayıb. Onun sözlərinə görə, İran tərəfi sülh razılaşmasına maraq göstərir.
Bununla belə, İran rəsmiləri hər hansı rəsmi danışıqların aparıldığını təkzib edərək bazarlarda qeyri-müəyyənliyin davam etdiyini göstəriblər.
Son günlərdə Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri sürətlə yüksəlmişdi. Xüsusilə regiondan tədarükün pozula biləcəyi ilə bağlı narahatlıqlar bazarda “geosiyasi risk bonusu”nun artmasına səbəb olmuşdu.
Çərşənbə günü müşahidə edilən kəskin ucuzlaşma isə məhz bu risk bonusun sürətlə azalması ilə izah olunur.
Volatillik davam edə bilər
Analitiklər qeyd edirlər ki, gərginliyin azalması ehtimalı qiymətlərə təzyiq göstərsə də, Vaşinqton və Tehran tərəfindən verilən ziddiyyətli açıqlamalar bazarlarda yüksək volatilliyin davam edəcəyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























