Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
İki Yaponiya holdinqinin yaratdığı birgə müəssisə olan Sony Honda Mobility, son bir neçə il ərzində üzərində işlədiyi Afeela markalı elektrik avtomobili layihəsindən imtina etdiyini açıqlayıb. Bu qərar, Honda-nın bu ayın əvvəlində ABŞ bazarı üçün planlaşdırdığı üç elektrik avtomobilini ləğv edərək böyük bir geri addım atdığını bildirməsindən sonra qəbul edilib.Yaponiya şirkətləri Sony və Honda-nın birgə yaratdığı Sony Honda Mobility şirkəti son illərdə inkişaf etdirdiyi Afeela markalı elektrik avtomobili layihəsini dayandırmaq qərarı verib.
Marja xəbər verir ki, bu qərar, Honda-nın bu ayın əvvəlində ABŞ bazarı üçün nəzərdə tutulan üç elektrik avtomobil layihəsini ləğv etdiyini açıqlamasından sonra gəlib. Bu addımın Yaponiya avtomobil istehsalçısına təxminən 16 milyard dollara başa gələ biləcəyi bildirilir.
Honda bu qərarın səbəbi kimi ABŞ Prezidenti Donald Trampın gömrük tariflərini və Çindən gələn artan rəqabəti göstərib.
Sony Honda Mobility şirkətinin yaydığı açıqlamada qeyd olunub ki, şirkət Afeela sedan və SUV modellərinin istehsalı və dəstəyi üçün Honda-nın müəyyən texnologiyalarından və aktivlərindən istifadə etməyi planlaşdırırdı. Lakin Honda-nın strateji dəyişiklikləri nəticəsində birgə müəssisə artıq bu avtomobillərin inkişafını davam etdirə bilməyəcək vəziyyətə düşüb.
Afeela markalı sedanların bu ilin sonlarında təxminən 90 min dollar başlanğıc qiymətlə bazara çıxarılması planlaşdırılırdı.
Birgə müəssisənin və Tokio ilə Kaliforniyada çalışan yüzlərlə əməkdaşın gələcəyinin necə olacağı isə hələlik qeyri-müəyyəndir. Sony Honda Mobility bildirib ki, Sony və Honda ilə birlikdə layihənin gələcəyini müzakirə etməyə davam edəcəklər və yaxın zamanda gələcək istiqamət, orta və uzunmüddətli strategiya və mobillik sahəsinə töhfələri barədə ortaq açıqlama verəcəklər.
Dünya ilk dəfə Sony-nin avtomobil istehsalına marağını 2020-ci ildə keçirilən Consumer Electronics Show (CES) sərgisində öyrənmişdi. Həmin tədbirdə texnologiya nəhəngi çıxışının sonunda Vision-S adlı konsept avtomobilini nümayiş etdirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















