“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
Dünya Ticarət Təşkilatı Baş direktoru Ngozi Okonjo-Iweala bildirib ki, qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə qarşılaşıb və çox tərəfli dünya nizamı artıq geri dönməz şəkildə dəyişib.
Dünya Ticarət Təşkilatının (DTT) Baş direktoru Ngozi Okonjo-Iweala qlobal ticarət sisteminin son 80 ilin “ən ciddi pozuntuları” ilə üzləşdiyini açıqlayıb və çoxtərəfli dünya nizamının artıq geri dönməz şəkildə transformasiya olunduğunu vurğulayıb.
Okonjo-Iweala bu fikirləri DTT Nazirlər Konfransı çərçivəsində, Yaounde şəhərində keçirilən açılış çıxışı zamanı səsləndirib.
O bildirib ki, əvvəl mövcud olan dünya nizamı və çoxtərəfli sistem artıq geri qayıtmayacaq şəkildə dəyişib:
“Bu gün dünyanın qarşılaşdığı problemlərin miqyasını inkar edə bilmərik.”
Baş direktor qeyd edib ki, mövcud böhranlar yalnız hazırkı münaqişələrin nəticəsi deyil. Onun sözlərinə görə, Körfəz regionundakı gərginliklərdən əvvəl belə ticarət, enerji, gübrə və ərzaq sahələrində ciddi sarsıntılar yaşanırdı.
Okonjo-Iweala əlavə edib ki:
•Artan geosiyasi gərginliklər
•İqlim dəyişiklikləri ilə bağlı təzyiqlər
•Sürətli texnoloji transformasiya
həm milli hökumətlər, həm də beynəlxalq institutlar üçün ciddi çətinliklər yaradır. Bu fonda çoxtərəfliliyə qarşı tənqidlər də getdikcə artır.
O, həmçinin vurğulayıb ki, Orta Şərq, Sudan və Ukrayna kimi regionlardakı münaqişələr qlobal qeyri-müəyyənliyi daha da gücləndirir. Belə bir dövrdə Afrikada görüşün keçirilməsini əhəmiyyətli sayaraq qeyd edib:
“Afrika gələcəyin qitəsidir.”
Konfransda iştirak edən 166 üzv ölkənin nümayəndələri arasında ciddi fikir ayrılıqları müşahidə olunur. Bu isə xüsusilə Orta Şərq münaqişəsinin yaratdığı iqtisadi dalğalanmalar fonunda daha da qabarıq hiss edilir.
Dörd gün davam edəcək müzakirələrdə əsas məqsəd:
•geosiyasi gərginliklər,
•dalana dirənmiş danışıqlar,
•artan proteksionizm
səbəbindən zəifləyən DTÖ-nün fəaliyyətini yenidən canlandırmaqdır.
Lakin enerji, gübrə və ərzaq ticarətində artan risklərin bu prosesi daha da çətinləşdirdiyi vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























