Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
Avrozona istehlakçılarının inflyasiya gözləntiləri mart ayında kəskin artıb.
Marja xəbər verir ki, bu artımın, İrana qarşı müharibə səbəbindən qiymətlərdə yeni yüksəliş riskini qiymətləndirən Avropa Mərkəzi Bankı (AMB) üçün xəbərdarlıq siqnalı olduğu bildirilir.
Avropa Komissiyasının dərc etdiyi aylıq işgüzar və istehlakçı sorğusuna görə, insanların bir il sonra qiymətlərin hansı səviyyədə olacağını proqnozlaşdırdıqları göstərici fevral ayında 26,2 səviyyəsindən 43,4-ə yüksəlib. Menecerlərin satış qiyməti gözləntiləri də, xüsusilə sənaye sektorunda, kəskin artım nümayiş etdirib.
Komissiya qeyd edib:
“Satış qiyməti gözləntiləri bütün iş sektorlarında uzunmüddətli orta göstəricilərin çox üzərindədir.”
AMB rəsmiləri, enerji bazarındakı sarsıntıların istehlakçı qiymətlərinə daha geniş şəkildə əks olunub-olunmayacağını qiymətləndirərkən inflyasiya gözləntilərini yaxından izləyir. Çərşənbə axşamı açıqlanacaq göstəricilərin Avrozonasında inflyasiyanın bu ay, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri ən sürətli artımını göstərməsi gözlənilir.
Lagarde xəbərdarlıq etmişdi
AMB-nin sədri Christine Lagarde (Kristin Laqard) keçən həftə xatırladıb ki, dörd il əvvəlki təcrübələr şirkətlərin və işçilərin bu dəfə daha sürətli reaksiya verməsinə səbəb ola bilər. Bankın sədr müavini Luis de Guindos isə bildirib ki, gözləntilər 2% hədəfdən kənarlaşmağa başladığı halda, mərkəzi bank “reaksiya vermək məcburiyyətində qalacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























