"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Nvidia şirkəti, süni intellekt xidmətlərini daha aşağı maliyyətlə təqdim etmək məqsədilə əməkdaşlıq razılaşmasının bir hissəsi kimi "Marvell Technology" şirkətinə 2 milyard dollar investisiya yatırdığını bildirib.
MArja xəbər verir ki, süni intellekt infrastrukturlarının qurulmasına kömək edə biləcək tərəfdaşlara investisiya yatırmaqda olduğunu qeyd edən Nvidia, açıqlamasında, texnologiya platformasını Marvell-in şəbəkə imkanları ilə inteqrasiya edəcəyini bildirib. Nvidia-nın sürətləndirici çipləri daha inkişaf etmiş süni intellekt xidmətlərinin təmin edilməsi üçün bir-biri ilə əlaqələndirilir.
Hər iki şirkət yeni və daha qabaqcıl texnologiyaların tətbiqi üçün telekommunikasiya şəbəkələrinin sürətləndirilməsi istiqamətində də əməkdaşlıq edəcək.
Nvidia-nın baş icraçı direktoru Jensen Huang açıqlamasında bildirib:
“Marvell ilə birlikdə müştərilərin Nvidia-nın süni intellekt infrastrukturu ekosistemindən faydalanmasını və miqyaslana bilən xüsusi süni intellekt hesablama sistemləri qurmasını təmin edirik.”
Silikon fotonika texnologiyası məlumat ötürülməsini daha sürətli və enerji baxımından daha səmərəli edir. Bu isə ChatGPT və Claude kimi xidmətlərin təqdim edildiyi və çox böyük enerji sərf edən məlumat mərkəzlərində təkmilləşdirilməsi vacib olan əsas sahələrdən biridir.
Marvell səhmləri Nyu-Yorkda bazaröncəsi əməliyyatlarda 9% artıb. Nvidia səhmləri isə 1,4% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























