Neft, Trampın "İrana həddindən artıq sərt müdaxilə" siqnalı ilə yenidən bahalaşıb
Trampın İran müharibəsi ilə bağlı çıxışı qorxunu artırdığı üçün neft 6% bahalaşıb.Neft, ABŞ Prezidenti Donald Trampın yaxın iki-üç həftə ərzində İrana qarşı daha çox hərbi hücum edilə biləcəyi barədə xəbərdarlıq etməsindən sonra yenidən bahalaşıb. Bu vəziyyət münaqişədə yaxın zamanda yumşalma olacağı ilə bağlı gözləntiləri zəiflədib.
Marja xəbər verir ki, ABŞ xam nefti (WTI) üzrə fyuçerslər 6,3 faiz artaraq bir barel üçün 106,45 dollara yüksəlib. Beynəlxalq istinad göstəricisi olan Brent nefti üzrə fyuçerslər isə 6,2 faiz artaraq bir barel üçün 107,42 dollara çatıb (Bakı vaxtı ilə saat 11:30-a olan məlumat).
Tramp çıxışında neft qiymətlərindəki artımı “İran rejiminin kommersiya neft tankerlərinə və münaqişə ilə əlaqəsi olmayan qonşu ölkələrə qarşı ağılsız terror hücumları başlatması” ilə əlaqələndirib.
Çərşənbə günü xalqa müraciətində ABŞ-ın yaxın iki-üç həftə ərzində İranı “həddindən artıq sərt” şəkildə vuracağını bildirib. Bununla belə, müharibənin uzun davam etməyəcəyini və Tehranla danışıqların davam etdiyini qeyd edərək diplomatik həll ehtimalının hələ də masada olduğunu vurğulayıb.
Tramp “Bu işi bitirəcəyik və çox tez bitirəcəyik,” deyib
Dünya neft və qaz axınının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazındakı trafik, 28 fevralda başlayan ABŞ-İsrail ilə İran arasındakı müharibədən sonra demək olar ki, tamamilə dayanıb. Bu isə enerji qiymətlərinin sürətlə yüksəlməsinə və dünyanın ən ciddi enerji böhranlarından birinə səbəb olub.
Oxford Analytica şirkətinin siyasi risk analitiki Giles Alston bildirib ki, Hörmüz boğazından neft tankerlərinin keçidinin yaxın zamanda yenidən başlaması çox da mümkün görünmür.
Alston deyib: “ABŞ-ın Hörmüz boğazından neftin necə çıxarılıb daşınacağı məsələsində mövqeyindən böyük ölçüdə geri çəkildiyi getdikcə daha aydın görünür. Bu artıq nefti həmin boğazdan keçirənlərin özlərinin həll etməli olduğu məsələdir.”
Tramp bildirib ki, İranın “yeni rejim prezidenti” ABŞ-dan atəşkəs istəyib, lakin bunun yalnız Hörmüz boğazı “açıq, azad və təhlükəsiz” olduğu halda nəzərdən keçirilə biləcəyini deyib. “O vaxta qədər İranı məhv edəcəyik və ya onların dediyi kimi, Daş dövrünə qaytaracağıq” ifadələrini işlədib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























