Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Bakı metrosunun genişləndirilməsi layihəsinin iki mərhələsi üzrə Azərbaycana ümumilikdə 880 milyon ABŞ dolları həcmində maliyyə ayırıb və təklif edib. Bank tərəfindən “Bakı Metrosunun Genişləndirilməsi Layihəsi – I mərhələ” üzrə 180 milyon dollar kredit artıq təsdiqlənib. Eyni zamanda “Bakı Metrosunun Genişləndirilməsi Layihəsi – II mərhələ (Yaşıl xətt)” üçün 700 milyon dollar kredit təklif olunub. Hər iki maliyyələşmə dövlət zəmanəti (suveren kredit) əsasında təqdim edilir.Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Bakı metrosunun genişləndirilməsi layihəsinin növbəti mərhələsi üçün Azərbaycana 700 milyon ABŞ dolları həcmində kredit təklif edib.
Marja.az xəbər verir ki, söhbət “Bakı Metrosunun Genişləndirilməsi Layihəsi – II mərhələ (Yaşıl xətt)” layihəsindən gedir. Layihənin konsepsiya mərhələsinə bankda 2 aprel 2026-cı il tarixində baxılıb. Kreditin suveren maliyyələşmə mexanizmi ilə, yəni dövlət zəmanəti ilə verilməsi nəzərdə tutulur.
Layihənin məqsədi Bakıda dayanıqlı, təhlükəsiz və inklüziv şəhər nəqliyyatını genişləndirmək, metronun Yaşıl xəttini uzatmaq və şəhərin keçmiş sənaye zonalarında urbanistik yenilənməni stimullaşdırmaqdır.
Layihə çərçivəsində təxminən 8 kilometr uzunluğunda iki paralel tunelin qazılması və 4 yeni yeraltı metro stansiyasının tikintisi planlaşdırılır. Tunellərin tunel qazma maşınları (TBM) vasitəsilə inşa ediləcəyi bildirilir.
Layihə üç əsas komponentdən ibarətdir:
1. Mülki infrastruktur və sistemlər
• Tunellərin və stansiyaların tikintisi
• Mexaniki, elektrik və santexnika sistemlərinin quraşdırılması
2. Siqnalizasiya və kommunikasiya
• Müasir CBTC tipli siqnalizasiya sistemlərinin tətbiqi
• SCADA idarəetmə və kommunikasiya sistemlərinin qurulması
• Bu sistemlərin Bakı metrosunun mövcud şəbəkəsi ilə inteqrasiyası
3. Texniki dəstək
• Layihənin icrası üzrə məsləhət xidmətləri Ətraf mühit və sosial idarəetmə institusional potensialın gücləndirilməsi
Layihə Azərbaycanın ümumi dəyəri 2 milyard 455 milyon dollar olan Bakı Metrosunun Genişləndirilməsi Proqramının əsas mərhələlərindən biri hesab olunur. Proqrama həmçinin yeni depoların tikintisi, metro siqnalizasiya sistemlərinin rəqəmsallaşdırılması, digər xətlərin genişləndirilməsi və qatar parkının yenilənməsi daxildir.
Qeyd olunub ki, layihənin həyata keçirilməsi uzunmüddətli perspektivdə şəxsi avtomobillərdən istifadənin azalmasına, nəqliyyat sıxlığının və emissiyaların aşağı düşməsinə kömək edəcək.
Tikinti mərhələsində isə səs-küy, vibrasiya, toz, torpaq çökməsi riski və bəzi ərazilərdə müvəqqəti torpaq alınması kimi təsirlərin yarana biləcəyi qeyd edilir. Bu risklərin idarə olunması üçün ətraf mühit və sosial təsirin qiymətləndirilməsi sənədləri hazırlanacaq.
Bakı metrosunun genişləndirilməsi layihəsinin I mərhələsi təsdiqlənib – 180 milyon dollar kredit ayrılıb
Artıq Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən “Bakı Metrosunun Genişləndirilməsi Layihəsi – I mərhələ” üzrə maliyyələşmə təsdiqlənib. Layihə çərçivəsində 180 milyon ABŞ dolları həcmində kredit ayrılması təsdiq olunub. Kredit dövlət zəmanəti (suveren maliyyələşmə) əsasında təqdim edilir. Layihə üzrə konsepsiya baxışı 29 may 2025-ci il, maliyyələşmənin rəsmi təsdiqi isə 6 fevral 2026-cı il tarixində həyata keçirilib.
Layihənin əsas məqsədi Bakı metrosunun xidmət etibarlılığını, texniki xidmət səmərəliliyini və əməliyyat təhlükəsizliyini artırmaq, həmçinin yeni depoların tikintisi vasitəsilə metro şəbəkəsinin gələcək genişlənməsinə şərait yaratmaqdır. Bu məqsədlə Dərnəgül və Xocəsən depolarının tikintisi və təchiz edilməsi, eləcə də Yaşıl xətt üzrə 10 mövcud stansiyada təhlükəsizlik, ekoloji və sosial göstəricilərin yaxşılaşdırılması nəzərdə tutulur.
Layihə iki əsas komponentdən ibarətdir.
1. İnfrastrukturun inkişafı
• Dərnəgül deposu – yeni deponun tikintisi və avadanlıqlarla təchiz olunması
• Xocəsən deposu – yeni deponun tikintisi və avadanlıqlarla təchiz olunması
• Mövcud stansiyaların modernləşdirilməsi – Yaşıl xətt üzrə 10 stansiyada təhlükəsizlik, ekoloji və sosial göstəricilərin yaxşılaşdırılması
2. Texniki xidmətlər
• Layihənin hazırlanması və həyata keçirilməsi üçün konsaltinq xidmətləri
• layihə dizaynının yoxlanılması
• tikinti işlərinə nəzarət
• ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi
• icra prosesinə dəstək və institusional potensialın gücləndirilməsi
Layihə Azərbaycan hökumətinin prioritet layihələrindən olan Bakı Metrosunun Genişləndirilməsi Proqramının əsas elementlərindən biridir.
Dərnəgül və Xocəsən depolarının yaradılması metro sisteminin genişləndirilməsi üçün vacib texniki baza hesab olunur. Bu depolar qatarların saxlanması və texniki xidmət imkanlarını artıracaq və şəbəkənin gələcək inkişafını təmin edəcək.
Layihə həmçinin “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılmasına imkan yaradacaq. Bu isə xidmət etibarlılığını artırmaqla yanaşı, metro şəbəkəsinin ümumi buraxılış qabiliyyətini yüksəldəcək və gələcək genişlənmə layihələrinə zəmin yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®



























